Bakıda Meksika mədəni irsinin təqdimatı

 

 

Meksikanın Azərbaycandakı səfirliyi ölkə mədəniyyətinin təşviqinə yönəlmiş silsilə tədbirlər həyata keçirir.

Oktyabrın 24-də Bakıda Meksika istehsalı olan “Ölülər günü” və ya “Selmanın böyük arzusucizgi filminin premyerası olub. NümayişVolgafilm” və Park Cinema ilə əməkdaşlıq əsasında gerçəkləşib.

Filmin təqdimatı ilə həmçinin bu ölkənin tanıtımı məqsədilə keçirilən Meksikanın “Qlobal həftə”sinə (#SemanaGlobal) start verilib. Bu çərçivədə Meksikanın Azərbaycandakı səfirliyi həmçinin “Milli mətbəx həftəsi”ni təşkil edib. 28 oktyabr – 3 noyabr tarixlərində “Landmark” hotelində meksikalı aşpaz Meksikanın kulinariya zənginliyini yaymaq üçün ənənəvi məhsullarla milli təamları təqdim edir.

Qlobal həftə”nin son tədbiriGənclik” metro stansiyasında reallaşacaq. BuradaFrida Dieqo. Yolun yarısında bir təbəssümadlı fotosərginin açılışı olacaq. Beləliklə, noyabr ayında minlərlə metro istifadəçisi Meksikanın iki görkəmli rəssamıDieqo Rivera Frida Kalonunyaradıcılıq gündəlik həyatını əks etdirən fotoşəkilləri seyr edə biləcək.

 

LALƏ

 

Mədəniyyət.- 2019.- 30 oktyabr.- S.8.