Yevgeni Onegin”lə üç axşam

   

 

 

Sentyabrın ilk günlərində paytaxt teatrsevərləri çox maraqlı bir sənət görüşü imkanı əldə ediblər. 1-3 sentyabr tarixində Rusiyanın Y.Vaxtanqov adına Moskva Dövlət Akademik TeatrıYevgeni Onegintamaşası ilə BakıdaAkademik Musiqili Teatrın səhnəsində çıxış edib.

Səhnə əsərinin ideya, ədəbi kompozisiya quruluş müəllifi teatrın bədii rəhbəri Rimas Tuminas, səhnə quruluşçusu Adomas Yanovskis, musiqi müəllifi Fvustas Latenas, geyim rəssamı Mariya Danilova, xoreoqrafı Anjelika Xolina, musiqi rəhbəri Tatyana Ağayevadır.

Təxminən altmış nəfərlik aktyor heyətinin iştirak etdiyi tamaşada Sergey Makovetski, Lyudmila Maksakova, İrina Kupçenko, Aleksey Quskov, Viktor Dobronravov, Leonid Biçevin, Yevgeniya Kreqjde, Olqa Lerman digər məşhur aktyorlar rol alıb.

2013-cü ildə səhnəyə qoyulanYevgeni Onegintamaşası 2014-cü ildə Rusiya Teatr Xadimləri İttifaqının mükafatına, “Qızıl maskaMilli teatr mükafatına, 2016-cı ildə İtaliyadakı Spoleto festivalının xüsusi mükafatına layiq görülüb.

Tamaşanı təhlil edən tanınmış teatr tənqidçilərinin fikrincə, Rimas Tuminasın səhnə yozumu böyük rus şairi Aleksandr Puşkinin məşhur əsəri ilə bağlı bütün stereotipləri dağıdır. Rejissor, başqa tamaşalarında olduğu kimi, göstərmək istədiyini öz müəllif dəst-xəttilə musiqili, sərt emosional şəkildə çatdırır, Puşkinin nəzmə çəkdiyi əhvalatların içində həyatın prozaik adiliklərini tapıb qabardır.

Xronometrajı 3 saat 30 dəqiqə olan tamaşanın hər üç seansı maraqla qarşılanıb. Y.Vaxtanqov adına Moskva Dövlət Akademik Teatrı Bakıya daha iki tamaşaD.MarellinLanqust çığırtısı” dramını və J.AnuyunMedeya” faciəsini gətirib.

 

Mədəniyyət.- 2019.- 4 sentyabr.- S.2.