Elektron musiqi mövzusunda
ustad dərsləri
“Artım” layihə
məkanında “Daimi gözəllik: musiqi əsl incəsənət
forması kimi” adlı elektron musiqi mövzusunda ustad dərsləri keçirilir.
Dərslər zamanı iştirakçılar
musiqi sənətinə
aid ədəbiyyat məlumatları,
musiqi proqramlarından
(Ableton) istifadənin əsas məqamlarını
öyrənib musiqinin
insan şüuruna psixoloji təsirinə dair biliklər əldə edirlər. İştirakçılar yekunda verilmiş mövzu (proqram təminatı üzrə
əldə edilmiş
texniki biliklər vasitəsilə) əsasında
musiqi parçaları
yaradacaqlar.
Sentyabrın 6-dək davam
edəcək dərsləri bəstəkar-müğənni Diana Hacıyeva aparır.
Mədəniyyət.- 2019.- 4
sentyabr.- S.2.