Səmərqənddən daha bir mükafat

 

 

Gənc xanəndə Pərviz Qasımov “Şərq təranələri” festivalında birinci yerə layiq görülüb

 

Özbəkistanın Səmərqənd şəhərində keçirilən “Şərq təranələri” XII Beynəlxalq Musiqi Festivalı Azərbaycan mədəniyyəti adına daha bir nailiyyətlə tarixə qovuşdu.

Festivalda ölkəmizi təmsil edən gənc xanəndə Pərviz Qasımov birinci mükafata layiq görülüb.

Xatırladaq ki, avqustun 26-dan 30-dək davam edən musiqi bayramında dünyanın 75 ölkəsindən 340 ifaçı iştirak edib.

Festivalın açılış mərasiminə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, UNESCO-nun baş direktoru Odri Azule, MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev, Rusiya Prezidentinin mədəniyyət məsələləri üzrə müşaviri Vladimir Tolstoy, bir sıra ölkələrin mədəniyyət nazirləri və digər yüksək səviyyəli qonaqlar, səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, səfirliyin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov da açılış mərasimində iştirak ediblər. UNESCO-nun baş direktoru Odri Azule xalqlar arasında etimadın möhkəmlənməsində “Şərq təranələri” festivalının böyük rolu olduğunu vurğulayıb.

Baş direktor qeyd edib ki, mədəniyyətlər bir-birindən ayrı inkişaf edə bilməz. Musiqi festivalı da bu fikri təsdiqləyir.

Ənənəvi olaraq Səmərqənd festivalı çərçivəsində beynəlxalq elmi konfrans da keçirilib. “Maddiqeyri-maddi mədəni irsin qorunması: aktual problemlər və strategiyalarmövzusuna həsr olunmuş  konfransda 30-dan çox ölkədən 300-dək sənətşünas, alim, ekspert, UNESCO-nun  nümayəndələri iştirak ediblər. Konfransa AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan alimləri də qatılıb. Konfransın bölmələr üzrə keçirilən iclaslarında Azərbaycan alimlərinin çıxışları da dinlənilib.

Festivalın son günü qalib mükafatçılar elan edilib. Münsiflər heyətinin qərarı iləŞərq təranələri”nin baş mükafatıQran-pri Özbəkistan Dövlət Konservatoriyasının tələbəsi Mexriniqor Abduraşidovaya verilib. Qeyd edək ki, münsiflər heyətində Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş Kərimi yer alıb.

Ölkəmizin təmsilçisi – “Muğam televiziya müsabiqəsi 2017”nin qalibi olmuş gənc xanəndə Pərviz Qasımov Qırğız RespublikasınınKomuzçulardueti birinci mükafata layiq görülüb. Pərviz Qasımovu ifası zamanı tarda Əməkdar artist Malik Mansurov, kamançada Əməkdar artist Elşən Mansurov, nağarada Ramin Abdullayev müşayiət edib.

İkinci mükafat Türkmənistan Monqolustan nümayəndələrinə verilib. Üçüncü yeri isə Tacikistan, Rusiya və Özbəkistan musiqiçiləri tutublar.

Qeyd edək ki, UNESCO-nun da dəstək verdiyi “Şərq təranələri” festivalı 1997-ci ildən etibarən iki ildən bir keçirilir. 1997-ci ildə keçirilən birinci festivalda Azərbaycanı təmsil edən Simarə İmanova (hazırda Xalq artisti) Qran-pri mükafatına layiq görülmüşdü. İki il əvvəl, XI festivalda isə Əməkdar artist, tarzən Sahib Paşazadə Qran-prini ikinci dəfə ölkəmizə gətirdi. Ayrı-ayrı vaxtlarda ustad xanəndə Alim Qasımov, həmçinin Aygün Bəylər, Qoçaq Əsgərov festivalda birinci, Zabit Nəbizadə isə ikinci yerləri tutublar.

 

Mədəniyyət.- 2019.- 4 sentyabr.- S.3.