Yazıçılar Birliyinin
sədr müavini Nazim
İbrahimov vəfat edib
Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, yazıçı, naşir Nazim İbrahimov sentyabrın 1-də vəfat edib. Bu barədə Yazıçılar Birliyindən məlumat verilib.
Nazim Sadıq oğlu İbrahimov 1 fevral 1935-ci ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetini geoloq-geofizik ixtisası üzrə bitirib. 1957-1970-ci illərdə mühəndis-geoloq, ekspedisiya rəhbəri işləyib. Müxtəlif vaxtlarda Bakı şəhərinin Yasamal (keçmiş Oktyabr) rayonu Partiya Komitəsinin I katibi, Poliqrafiya və Kitab Ticarəti Komitəsinin sədri, Azərbaycan Dövlət Ensiklopediyasının baş redaktoru, “Azərbaycan” nəşriyyatının baş direktoru vəzifələrində çalışıb.
Azərbaycan SSR Ali Sovetinin deputatı, Milli Olimpiya Komitəsinin üzvü olub.
Nazim İbrahimov 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin sədr müavini idi.
Allah rəhmət eləsin.
Mədəniyyət.- 2019.- 4
sentyabr.- S.6.