Lerik qalereyasında gənc rəssamın
sərgisi
Lerik Dövlət Rəsm Qalereyasında rayonun Durğan kənd orta məktəbinin builki məzunu Abdulrəhman Səadətzadənin fərdi rəsm sərgisi açılıb.
Qalereyanın direktoru Mükafat Yaqubov mərasimdə çıxış edərək gənc rəssamın yaradıcılığı haqqında tamaşaçılara məlumat verib. Bildirib ki, Abdulrəhman Səadətzadə portret, rəngkarlıq, qrafika, natürmort və digər janrlarda uğurlu sənət əsərləri yaradıb.
Lənkəran Regional Mədəniyyət İdarəsinin Lerik rayonu üzrə nümayəndəsi Müqəddəs Dənziyev, Lerik Uzunömürlülər Muzeyinin direktoru Dilarə Fətullayeva, rayondakı Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov istedadlı rəssama yaradıcılıq uğurları arzulayıblar.
Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Nəsirli gənc rəssama gələcək fəaliyyətində dəstək olacaqlarını bildirib.
Rəssamın atası Hikmət Səadətov
sərginin təşkilatçılarına minnətdarlığını
bildirib.
Mədəniyyət.- 2019.- 4
sentyabr.- S.4.