Əhməd bəy Ağaoğlu
və İmadəddin Nəsiminin yubileyi
ilə bağlı elmi konfranslar
Sentyabrın 19-20-də Azərbaycan İlahiyyat İnstitutu “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” mövzusunda elmi konfrans keçirəcək. Konfransa məqalə qəbulu başa çatıb.
Konfrans Əhməd bəy Ağaoğlunun 150 illiyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 10 aprel tarixli sərəncamının icrası ilə bağlı tədbirlər çərçivəsində təşkil ediləcək.
Konfrans Əhməd bəy Ağaoğlunun həyat və fəaliyyəti, yaradıcılığında türkçülük ideologiyası, multikultural dəyərlərin tərənnümü, qadın azadlığı məsələləri, onun Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində fəaliyyəti, “Difai” təşkilatının yaradılmasında, Türkiyənin ictimai-siyasi həyatında rolu barədə mövzuları əhatə edəcək. Konfransın materialları kitab şəklində çap olunacaq.
***
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu tərəfindən “İmadəddin Nəsiminin poetik dili və Azərbaycan ədəbi dilinin tarixi məsələləri” mövzusunda oktyabrda keçiriləcək respublika elmi konfransına məqalə qəbulu isə davam edir. İnstitutdan bildirilib ki, müəlliflər məqalələrini konfransın təşkilat komitəsinə təqdim edə və ya nesimi.dilchilik@mail.ru e-poçt ünvanına sentyabrın 30-dək göndərə bilərlər.
Dahi şairin 650 illik
yubileyinə həsr olunan konfransda
“Nəsiminin poetik dilinin
qrammatik quruluşu və
leksik xüsusiyyətləri”, “Nəsiminin
şeir dilinin
üslubiyyatı”, “Azərbaycan ədəbi dili
tarixində Nəsimi mərhələsi”, “Azərbaycan ədəbi
dili tarixi və Nəsimi
ənənəsi”, “Anadilli poeziyanın təşəkkülü
və inkişafı mərhələləri”, “Azərbaycan
dili tarixinin öyrənilməsi:
problemlər və perspektivlər” bölmələri üzrə
məruzələr dinləniləcək.
Mədəniyyət.- 2019.- 4
sentyabr.- S.6.