Azərbaycan kitabları Moskva sərgi-yarmarkasında

 

Şərqi Avropa Mərkəzi Asiyanın ən böyük kitab forumunda ölkəmizin guşəsi maraqla qarşılanır

 

Rusiya paytaxtında ənənəvi olaraq payız mədəniyyət mövsümü kitabla başlayıb. Sentyabrın 4-də 32-ci Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı keçirilib.

33 ölkənin təmsil olunduğu sərgi-yarmarkada Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan stendi fəaliyyət göstərir. Ölkəmizin 36 kvadratmetr sahədə qurulan stendində 200 adda, 400 nüsxədən çox kitab nümayiş olunur.

Mədəniyyət Nazirliyi ilə yanaşı, “AzərnəşrŞərq-Qərbnəşriyyatları, “Azərkitabkitab ticarəti mərkəzi sərgidə iştirak edir.

Əvvəlki illərlə müqayisədə daha geniş sahədə xüsusi dizaynda qurulmuş stendimiz sərgiyə gələnlərin diqqətini çəkir, ziyarətçilər Azərbaycan kitabları ilə maraqla tanış olurlar. Müxtəlif nəşriyyatların, təşkilatların nümayəndələri stendimizə baş çəkərək azərbaycanlı həmkarları ilə fikir mübadiləsi aparır, gələcək əməkdaşlıq imkanlarını müzakirə edirlər.

Sentyabrın 8-dək davam edəcək yarmarka ənənəvi məkandaXalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (VDNX) 75-ci pavilyonunda keçirilir. 1977-ci ildən təşkil (iki ildən bir) olunan, 1997-ci ildən etibarən hər il keçirilən Moskva sərgi-yarmarkası Şərqi Avropa Mərkəzi Asiya regionu üzrə ən böyük kitab forumudur. Bu il sərgi-yarmarkanın fəxri qonağı Belarus Respublikasıdır. Xüsusi qonaq isə 2019-cu ilinDünya kitab paytaxtı” – Birləşmiş Ərəb Əmirliklərinin Şərca Əmirliyidir.

Sərgidə xarici ölkələrdən 150-dək Rusiya Federasiyasından 300-dən çox nəşriyyat-poliqrafiya müəssisəsi, digər aidiyyəti qurumlar öz nəşr məhsullarını nümayiş etdirir. Sərgi-yarmarkanın proqramına ümumilikdə 600-dən çox tədbirgörüşlər, təqdimatlar, mühazirələr s. daxildir.

Sentyabrın 6-da sərgi çərçivəsində MDB-nin ənənəvi “Kitab sənəti” beynəlxalq müsabiqəsinin qalibləri diplomlarla təltif olunacaq.

 

Mədəniyyət.- 2019.- 6 sentyabr.- S.1-2.