Muğam dünyasına səyahət” davam edir

 

 

 

Sentyabrın 13-də “Muğam dünyasına səyahət” layihəsi çərçivəsində növbəti konsert proqramı paytaxtın Suraxanı rayonundaQaraçuxur qəsəbəsindəki  Q.Abbasov adına Mədəniyyət Sarayında təqdim olunacaq.

Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə gerçəkləşəcək tədbir 18 sentyabr - Milli Musiqi Gününə həsr olunacaq.

Muğam dolu gecədə gənc xanəndələrin ifasında muğam dəstgahları, təsnif və xalq mahnıları səsləndiriləcək. Qeyd edək ki, iyul ayından başlanan layihə ilin sonunadək davam edəcək.

 

Mədəniyyət.- 2019.- 6 sentyabr.- S.2.