Xalq artistinin 60 illik yubileyi qeyd olunub
Naxçıvan Dövlət Filarmoniyasında
filarmoniyanın Kamera orkestrinin bədii rəhbər-dirijoru, Xalq artisti Çingiz Axundovun 60 illik yubileyi qeyd olunub.
Tədbirdə muxtar respublikanın Mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək,
milli mədəniyyət
və incəsənətin
inkişafına göstərilən
dövlət qayğısından
danışıb.
Diqqətə çatdırılıb ki,
tanınmış sənətkar
Çingiz Axundov konsert proqramlarında mahir dirijorluğu ilə musiqisevərlərin
rəğbətini qazanıb. Azərbaycan Dövlət
Musiqili Komediya Teatrında və Azərbaycan Dövlət Filarmoniyasında çalışmış
dirijor 1985-ci ildən sənət fəaliyyətini
Naxçıvan Dövlət
Filarmoniyası ilə
bağlayıb. Çingiz Axundova
nəfəs alətləri
üçün işlədiyi
metodik vəsaitlərə
və dərsliyə görə dosent elmi adı verilib.
O, “Koroğlu” operasının
kompozisiyasını hazırlayıb,
“Leyli və Məcnun” operasının
kompozisiyasının hazırlanması
və təqdimatında
fəal iştirak edib.
Naxçıvan Dövlət Filarmoniyasının
Kamera orkestri Çingiz Axundovun bədii rəhbərliyi ilə təkcə muxtar respublikada deyil, ölkəmizin musiqi kollektivləri içərisində də
tanınmaqdadır. Sənətkar
2006-cı ildə Naxçıvan
Muxtar Respublikasının,
2007-ci ildə Azərbaycan
Respublikasının “Əməkdar
artisti”, 2009-cu ildə
isə “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adlarına layiq görülüb.
Mədəniyyət naziri yubilyarı təbrik edib, ona möhkəm cansağlığı və
yaradıcılıq uğurları
arzulayıb.
Yubilyarın sənət dostları çıxış edərək
ürək sözlərini
bildiriblər. Çingiz Axundov bundan
sonra da musiqi mədəniyyətimizin
inkişafı üçün
çalışacağını deyib.
Sonda Naxçıvan
Dövlət Filarmoniyası Simli kvartetinin ifasında musiqi
nömrələri səsləndirilib.
Mədəniyyət.- 2019.- 6
sentyabr.- S.5.