Şair, tərcüməçi Abbas Abdulla vəfat edib

   

 

 

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar mədəniyyət işçisi, şair, tərcüməçi, ədəbiyyatşünas Abbas Abdulla sentyabrın 4-də vəfat edib.

Abbas Abdulla (Hacaloğlu) 1940-cı il mayın 12-də Gürcüstanın Bolnisi rayonunun Bolus Kəpənəkçisi kəndində doğulub. ADU-nun (BDU) Filologiya fakültəsində təhsil alıb. 1966-cı ildə Azərbaycan EA Nizami adına Dil Ədəbiyyat İnstitutunun aspiranturasını bitirib, Kiyevdə Ukrayna EA-nın T.Q.Şevçenko adına Ədəbiyyat İnstitutunda təcrübə keçib.

Ədəbiyyat incəsənətqəzetində şöbə müdiri, baş redaktorun müavini (1979-1987), “Ulduzjurnalının baş redaktoru (1987-1992), Yazıçılar Birliyinin katibi (1991-1992) işləyib. Azərbaycan Respublikasının Türkiyədə baş konsulu (1992-1997) olub.

Ədəbi yaradıcılığında bədii tərcüməyə xüsusi diqqət yetirib. Ukrayna ədəbiyyatından (T.Şevçenko, İ.Draç, İ.P.Kotlyarevski, M.Rılski, L.Ukrainka s.) çoxsaylı tərcümələr edib.

Moskvada gənc şairlərin V Ümumittifaq poeziya festivalında, Ukraynada keçirilən Azərbaycan ədəbiyyatı incəsənəti günlərində, son illərdə Türkiyənin Bayburt şəhərində Dədə Qorqud konfranslarında, ElazığdaXəzər şeir axşamları”nda iştirak edib.

Allah rəhmət eləsin.

 

Mədəniyyət.- 2019.- 6 sentyabr.- S.5.