Ağdamda nəyim qaldı”

 

 

 

Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Əli Əmirlinin 2015-ci ildən hissə-hissə təkrar dərc edilən “Ağdamda nəyim qaldı” avtobioqrafik romanı kitab halında çapdan çıxıb.

Meydan”, “Axirətdən qabaq gəzinti”, “Sonalar gölü”, “Haramkimi romanların müəllifi Əli Əmirli dramaturgiya ilə məşğul olduğu otuz illik aradan sonra yenidən nəsrə qayıdaraq “ruhlar şəhəri”nə çevrilmiş Ağdamın ötən əsrin 50-60-cı illərindəki mənzərəsini avtobioqrafik romanında canlandırıb.

Kitabın ön sözünün müəllifi Rəşad Məciddir. Ölkəmizin Macarıstandakı səfiri, filologiya elmləri doktoru Vilayət Quliyevin romanla bağlı ürək sözləri də kitabda verilib. O yazır: “Çox həyati, canlı, deyərdim ki, olduqca təbii, insanın hiss və duyğularını ehtizaza gətirən, onu daxilən silkələyən, yerindən oynadan əsərdir. İstər dil, istər personajlar, situasiyalar o qədər təbii, o qədər həyatidir ki, uşaqlıq dövrü ötən əsrin 60-cı illərində Azərbaycanın rayon mərkəzlərində keçən hər bir kəs burada özünün, yaxud dostlarının, tanışlarının həyatından epizodlar görə bilər...”.

 

Mədəniyyət.- 2019.- 6 sentyabr.- S.5.