Şeir, incəsənət və mənəviyyat

 

 

İkinci Nəsimi Festivalının proqramı açıqlanıb

 

Sentyabrın 28-dən oktyabrın 1-dək Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ikinci dəfə Nəsimi – şeir, incəsənət və mənəviyyat festivalı keçiriləcək. Festivalın proqramı açıqlanıb. Festival çərçivəsində Bakıda və şairin doğulduğu Şamaxıda ümumilikdə 30-dək tədbir təşkil olunacaq.

Budəfəki festivalda bir sıra yeniliklər olacaq. Festivalda bu il ilk dəfə Nəsiminin seçilmiş qəzəlinə bir sıra tədqiqatçı şeir bilicisi öz şərhini verəcək, həmin təfsirlərin müzakirəsi olacaq.

Mən ki, dərvişəm, fəqirəm, padişahi-aləməmqəzəlinə Azərbaycan, Rusiya, İran, Türkiyə Misirdən 10-dan çox müəllif öz təhlillərini təqdim edəcək. Festivalda beynəlxalq miqyasda tanınmış nəsimişünaslar, şairlər, alimlər filosoflar mühazirələrlə çıxış edəcəklər. Rusiyalı psixoloq Aleksey Sıtnikov, ABŞ-dan olan tədqiqatçı Alan Qodlas, italiyalı şair David Rondoni, Azərbaycan əsilli filosof rəssam, Böyük Britaniyada yaşayan Zeyqəm Əzizov mühazirələrində Nəsimi fəlsəfəsi ilə keçmişə müasir dövrə aid müxtəlif nəzəriyyə konsepsiyalar arasında paralellər aparacaqlar.

Festival çərçivəsində, həmçinin almaniyalı alim, tanınmış nəsimişünas Mixael Hess Böyük Britaniyada tədqiqatçı soydaşımız Orxan Mirqasımovun Nəsimi hürufilik haqda kitabları təqdim ediləcək.

Builki festivalda kino sahəsində dinlərarası dialoq üzrə məşhur beynəlxalq SİGNİS mükafatına layiq görülmüş filmlərin nümayişi olacaq. Finlandiyalı rejissor Aki KaurisməkininÜmidin o biri üzüfilmində fərqli dinlərə, mədəniyyətlərə həyat tərzlərinə malik insanların anlaşması dostlaşması əksini tapıb.

Silsilə tədbirlər çərçivəsində sentyabrın 28-də “İçərişəhərDövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İslam Tarixi, Mədəniyyəti İncəsənəti Araşdırma Mərkəzinin (IRCICA) birgə təşkilatçılığı ilə “El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalı da start götürəcək.

Nəsimi festivalı çərçivəsində bu il həm uşaq evləri internat məktəblərinin sakinləri məzunlarının iştirakı iləÜmidin yaradılmasısosial-mədəni layihəsi həyata keçiriləcək. Layihə üzrə dizayn kurslarına cəlb olunmuş 30 iştirakçı öz arzularını təsvir vasitəsilə əks etdirib onların əl işləri sonra köynəklər üzərinə köçürülüb. Bu köynəklərin festival çərçivəsində nümayişi satışı təşkil olunacaq. Layihənin məqsədi uşaq evləri internat məktəblərinin sakinləri məzunlarının yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək onlara məşğulluq imkanları yaratmaqdır.

Festival günlərində Bakı Şamaxıda bir sıra sərgilər olacaq: sentyabrın 28-də Şirvanşahlar Sarayında açılacaqİrfani sirlərsərgisində Azərbaycan, Türkiyə, Fransa Özbəkistandan olan 10 rəssam heykəltəraşın əsərləri nümayiş etdiriləcək. Saray ərazisini əhatə edən ekspozisiyada mənəvi həyat ruh təkamülünün sirlərinə həsr olunan videoart, qrafika nümunələri, instalyasiya kinetik obyektlər təqdim olunacaq.

Sentyabrın 30-da “QalaArxeoloji-Etnoqrafik Muzey KompleksindəDaşın nəğməsi” IV Beynəlxalq heykəltəraşlıq simpoziumu, “QalaDövlət Tarix-Etnoqrafiya Qoruğunda isə VIII BeynəlxalqTullantıdan sənətəsərgisi açılacaq.

Qala qəsəbəsində istifadəsiz sənaye anbarının divarları üzərində işlənmiş rəsm əsərlərindən ibarətDanışan divarlarincəsənət layihəsinin ictimai təqdimatı olacaq. Bu layihə üzrə Azərbaycan, Braziliya, Cənubi Afrika, İspaniya, Niderland Fransadan olan rəssamların “urban/street art” (şəhər/küçə incəsənəti) janrında yaratdıqları əsərlər, Buzovna Mərdəkan qəsəbələrindən olan yaradıcı uşaqların rəsmləri əsasında divar pannosu da nümayiş olunacaq.

Heydər Əliyev Mərkəzində Türkiyənin tanınmış rəssamı Ahmet Güneştekinin fərdi sərgisi açılacaq. Rəssamın məşhurÖlümsüzlük otağıəsəri ekspozisiyada nümayiş olunacaq. Oktyabrın 1-də açılışı olacaq sərgi 2020-ci il martın 31-dək davam edəcək.

Şamaxı rayonunda isə “Şamaxı antologiyası” əlyazmasına (1468, Britaniya Muzeyi, London) dair sərgi açılacaq. XV əsrdə Şamaxının mədəni mərkəz olduğunu, burada yüksək kitab mədəniyyətinin mövcudluğunu nümayiş etdirən bu şeir məcmusu Azərbaycan miniatür sənətinin ən gözəl incilərindəndir. Əlyazmadakı miniatürlər sərgidə müxtəlif üsultexnikalarla təqdim olunacaq.

Şamaxıda, həmçinin İmadəddin Nəsimiyə həsr olunan müasir incəsənət instalyasiyasının açılışı olacaq. Yüngül metal hissəciklərdən hazırlanan əsərin müəllifi rəssam Rəşad Ələkbərovdur.

Festival çərçivəsində bir sıra elan olunmuş müsabiqələrin nəticələri də açıqlanacaq: Azərbaycan Milli Xalça Muzeyinin Nəsimiyə həsr etdiyi xalça eskizi müsabiqəsinin yekun sərgisi açılacaq. Ekspozisiyada müsabiqənin qalibi olan 3 əsər əsasında toxunan xalçalar, təqdim edilən işlər arasından münsiflər heyətinin seçdiyi xalça eskizləri nümayiş olunacaq. Həmçinin Mədəniyyət NazirliyininSöz” layihəsinin gənc şairlər arasında elan etdiyi Nəsimi ruhunda, yaxud bilavasitə onun şeirlərinə nəzirə olan ən yaxşı poetik əsər müsabiqəsinin nəticələri açıqlanacaq.

Festival günlərində müxtəlif ölkələrin incəsənət xadimləri və qruplarının ifasında mənəviyyat axtarışlarını, dinlər və mədəniyyətlərarası dialoqu tərənnüm edən musiqi proqramları və tamaşalar da təqdim olunacaq. Bu proqramlarda ayrı-ayrı dövrlərə aid ruhanimüasir musiqi nümunələri səslənəcək, fiziki imkanları məhdud insanların sağlam şəxslərlə bərabərlik və birgəliyinin ifadəsi olan rəqsləri nümayiş etdiriləcək.

Almaniyanın “Horizonte” ansamblı, Əfqanıstanın “Zəhra” orkestri, Kanadanın “Klara Furey” rəqs qrupu, Böyük Britaniyanın “Candoco” və “Lost Dog” rəqs qrupları, Estoniyanın “Tallinn Oğlanlar Xoru”, İsrailinDudu Tassa & the Kuwaitisqrupu maraqlı proqramlar təqdim edəcək.

Sentyabrın 29-da Şamaxının Meysəri kəndində Xalq artisti Nəzakət Teymurova dahi şairin poeziyası əsasında muğamlardan ibarət proqramla çıxış edəcək.

Həmin gün Azərbaycan Akademik Dövlət Filarmoniyasında isə tanınmış caz musiqiçisi Salman Qəmbərovun “Səmimi dialoqlar” layihəsi çərçivəsində Fransadan Mişel Qodar (serpent ifaçısı), Almaniyadan Marqrit Buxberger (barokko repertuarlı müğənni) və çinli Vu Vey (şenq ifaçısı) ilə birgə ifaları təqdim olunacaq.

Festival çərçivəsində sentyabrın 30-da Bakıda – İçərişəhərdəki Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində səhnələşdirilmiş poeziya axşamı keçiriləcək.

Həmin gün OperaBalet Teatrında Çinin Anhui əyalətinin Huicin teatrının təqdimatında “İztirablı könül” tamaşası nümayiş olunacaq. Ənənəvi XVIII əsr üslubunda olan tamaşa özündə teatr sənəti və musiqi, eləcə də akrobatikapantomima elementlərini birləşdirir.

Festivalın bağlanış mərasimi oktyabrın 1-də Heydər Əliyev Mərkəzində keçiriləcək. Proqramda Azərbaycan incəsənət xadimləri, həmçinin ABŞ, Türkiyə, İran, İordaniya və Mərakeşdən ifaçılar iştirak edəcəklər.

Qeyd edək ki, festival dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığının tədqiqi və təbliği, onun fikir və düşüncələrinin müasirlikdə əksini izləmək məqsədi daşıyır və ilk dəfə 2018-ci ildə keçirilib.

 

 

Mədəniyyət.- 2019.- 11 sentyabr.- S.1-2.