Türk ellərindən gənc ifaçıların Bakıya musiqi sovqatı

 

 

TÜRKSOY-un Gənclər Kamera Orkestrinin konserti könülləri oxşadı

 

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Gənclər Kamera Orkestrinin Orta Asiya Azərbaycan turnesi paytaxtımızda konsert proqramı ilə başa çatdı.

Xatırladaq ki, kollektivin səfəri Qazaxıstandan başlamışdı. Orkestr avqustun 27-dən sentyabrın 2-dək Qazaxıstanın Türküstan, Şımkent, Taraz şəhərlərində konsertlər vermişdi. Bunun ardınca kollektiv sentyabrın 4-də Qırğızıstanın paytaxtı Bişkekdə çıxış etmiş, ayın 6-da yenidən Qazaxıstana qayıdaraq daha bir konserti Almatı şəhərində təqdim etmişdi. Orkestr daha sonra Bakıya gəlib.

Sentyabrın 9-da TÜRKSOY-un Gənclər Kamera Orkestri M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında çıxış etdi.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov konsertdən əvvəl jurnalistlərə müsahibəsində bildirdi ki, turne Türk Şurasının (Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası) 10 illiyinə həsr olunub silsilə konsertlər Bakıda tamamlanır.

Baş katib diqqətə çatdırdı ki, türkdilli ölkələrin gənc ifaçılarından ibarət orkestrin Bakı konsertinə Qazaxıstandan Ənvər Əkbərov Tatarıstandan Renat Salavatov dirijorluq edəcəklər. Orkestrin tərkibində adları çəkilən ölkələrlə bərabər Rusiya, Türkiyə Türkmənistan təmsilçiləri var. Eləcə azərbaycanlı gənc dirijor Mustafa Mehmandarov orkestrin üç dirijorundan biridir. Hazırkı qastrolun bir neçə konsertinə Mustafa Mehmandarov rəhbərlik edib. Gənc istedadlı dirijorun Vyanada konserti olduğu üçün orkestrin Bakı səfərində iştirak edə bilmir.

Düsen Kaseinov qeyd etdi ki, bu günə kimi orkestr Türkiyə, Avstriya, ABŞ, Almaniya, Albaniya, Fransa, İtaliya s. ölkələrdə ümumilikdə 60-dan çox konsert proqramı təqdim edib. 2010-cu ildə TÜRKSOY-a üzv ölkələrin istedadlı konservatoriya tələbələrindən yaradılan kollektiv bütün konsertlərində türk dünyası bəstəkarlarının əsərlərini uğurla ifa edərək tamaşaçıların könlünü oxşayıb: “Biz bu gənclərin çıxışları ilə böyük fəxr duyuruq. Çünki onlar bizim musiqi mədəniyyətimizi müasir bəstəkarlarımızın yaradıcılığını bütün dünyaya təbliğ edirlər. Gələn il orkestrin 10 illiyidir. Bu münasibətlə kollektivin Avropa ölkələrinə ABŞ-a qastrol səfərləri planlaşdırılır. Bugünkü repertuarımız da fərqlidir. Konsertdə Qərb klassik əsərləri ilə yanaşı, türk xalqlarının musiqisi səslənir”.

Daha sonra TÜRKSOY-un Gənclər Kamera Orkestrinin konserti təqdim olundu.  Konsertin birinci hissəsində orkestrə tatarıstanlı Renat Salavatov dirijorluq etdi. İlk olaraq orkestr P.ÇaykovskininSimli alətlər üçün serenadaəsərini səsləndirdi. Əsər musiqisevərlərə yüksək əhval-ruhiyyə bəxş etdi. 4 hissəli do-major, sol-major notların cazibəsində, eləcə elegiya, vals, Vyana məktəbi təbii ki, əsərin finalında rus xalq mahnılarının ruhu tamaşaçılara xoş anlar yaşatdı.

GecədəÜsküdara gedərkəntürk xalq mahnısı Fikrət Əmirovun simli orkestr üçün yazdığıNizaminin xatirəsinəsimfoniyası da səsləndi. Əsərin musiqi boyalarının rəngarəngliyi, materialın dinamik, intensiv inkişafı, harmoniya dilinin əlvanlığı TÜRKSOY Gənclik Kamera Orkestrinin Bakı konsertinin final notları kimi öz möhtəşəmliyini bir daha nümayiş etdirdi.

Azərbaycan mədəniyyətinin TÜRKSOY səviyyəsində təbliği böyük önəm daşıyır

Konsertin sonunda TÜRKSOY-un baş katibi Düsen Kaseinov səhnəyə çıxaraq Mədəniyyət naziri Əbülfəs Qarayevə Türk Şurasının 10 illiyi münasibətilə xatirə plaketi təqdim etdi.

Azərbaycanın TÜRKSOY-dakı fəaliyyətini yüksək qiymətləndirən baş katib bildirdi ki, Bakıda keçirilən bir çox tədbirlərdə, eləcə beynəlxalq forumlarda, müxtəlif konfranslarda təşkilatın da təmsil olunması üzv ölkələr arasında əməkdaşlığı daha da artırır onları bir-birinə yaxınlaşdırır: “Biz hamımız türk xalqlarını bir-birinə yaxınlaşdırmaq, ümumi tariximizi öyrənmək, ortaq mədəniyyətimizi inkişaf etdirmək kimi xeyirxah bir missiyanı yerinə yetiririk. Mədəniyyətimizi inkişaf etdirməklə yanaşı, onu dünyanın hər yerində təbliğ edirik”.

2009-cu ildə yaradılan Türk Şurasının 10 illik fəaliyyətinin əhəmiyyətindən bəhs edən Düsen Kaseinov Mədəniyyət naziri Əbülfəs Qarayevə birgə səmərəli əməkdaşlığa görə təşəkkürünü bildirdi.

Əbülfəs Qarayev TÜRKSOY-un həyata keçirdiyi genişmiqyaslı tədbirlərin, eləcə Azərbaycan mədəniyyətinin bu təşkilat səviyyəsində dünyada təbliğinin böyük önəm daşıdığını vurğuladı. Diqqətə çatdırdı ki, türkdilli dövlətlərin başçıları bu qurumun fəaliyyətini təqdir edir hər zaman dəstək olurlar. Azərbaycan Prezidenti İlham Əliyevin TÜRKSOY-un fəaliyyətini yüksək qiymətləndirdiyini hər zaman diqqətdə saxladığını deyən nazir dövlət başçısına minnətdarlığını bildirdi.

Əbülfəs Qarayev TÜRKSOY-un Gənclər Kamera Orkestrinin Bakı konsertinin böyük maraqla qarşılandığını qeyd edərək kollektivə gələcək fəaliyyətində uğurlar arzuladı.

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2019.- 11 sentyabr.- S.1-2.