“Qız qalası. Qadın olmaq”
Bakıda müasir incəsənət
festivalı keçiriləcək
Sentyabrın
17-dən 27-dək Bakıda “Qız qalası. Qadın olmaq” (“Maiden Tower. To Be a Woman”) adlı müasir incəsənət festivalı
keçiriləcək.
Avropa İttifaqının
Azərbaycandakı nümayəndəliyinin
üzv dövlətlərin
səfirlikləri və
yerli tərəfdaşları
ilə birlikdə təşkil etdiyi festival paytaxtla yanaşı regionları da əhatə edəcək.
Müasir incəsənət festivalının
mövzusu Azərbaycan
qadınlarının təməl
hüquq və azadlarının, o cümlədən
seçki hüququnun
100 illiyi ilə əlaqəlidir. Layihə ölkəmizdə, eləcə də bütün dünyada qadınların rolunun gücləndirilməsi məsələlərini
özündə əks
etdirir. Proqrama müxtəlif səpkidə
müasir incəsənət
kontekstində beynəlxalq
sərgi, pablik art,
video art, poeziya gecəsi,
tematik film nümayişləri
daxildir.
Festivala
Avstriya, Almaniya, Hollandiya, İsveç, İsveçrə, Macarıstan
kimi AB-yə üzv ölkələr, eyni zamanda Gürcüstan,
Moldova, Ukrayna kimi “Şərq tərəfdaşlığı”na
üzv ölkələr
və İran, İsrail, Türkiyə kimi qeyri-üzv ölkələrdən sənət
xadimləri, muzey sahəsində çalışanlar,
kurator və rəssamlar qatılacaq.
Festivalın beynəlxalq və yerli iştirakçıları,
dövlət strukturları
və institutlar gender bərabərliyi mövzusunda
öz şəxsi və professional təcrübələrinə
əsaslanaraq müzakirələr
və fikir mübadiləsi aparacaqlar.
“Qız qalası. Qadın
olmaq” festivalının
təşkilatçı və
iştirakçılarının ortaq məqsədi müasir incəsənət
prizmasından gender bərabərliyi
məsələlərinin inkişafına
dair fikir və düşüncələrini
əks etdirir, eləcə də dünya ictimaiyyətində
qadınların güclənməsinin
vacibliyi və bu mövzunun ən aktual suallarına cavab vermək məqsədi daşıyır.
Layihə Əməkdar rəssam
Sabina Şıxlinskayanın ilkin təşəbbüs
və kuratorluğu altında keçirilir. “Qız qalası. Qadın olmaq” beynəlxalq festivalı Bakıda yerləşən diplomatik
nümayəndəliklərlə yanaşı, Azərbaycanın
sənət və mədəniyyət aləminin
müvafiq qurumları
və dövlət strukturları, eləcə
də digər təşkilatların birgə
tərəfdaşlığı altında gerçəkləşəcək.
Bu tədbir “İMAGINE-Avro Tolerantlıq” festivalı və “Fantaziya” Mədəni İrs festivalından sonra ölkəmizdəki Avropa
Birliyinin nümayəndəliyi
tərəfindən maliyyələşdirilən
və Avropa dəyərlərini və
prinsiplərini təbliğ
edən üçüncü
böyük festivaldır. Qeyd edək
ki, Avropa Birliyinin sponsorluğu ilə növbəti “Fantaziya” festivalı noyabrın 1-dən 15-dək keçiriləcək.
LALƏ
Mədəniyyət.- 2019.- 11
sentyabr.- S.1;3.