Türkiyədə Nəsiminin 650 illik yubileyinə həsr edilmiş simpozium

 

 

 

Türkiyənin Nevşehir Hacı Bektaş Vəli Universitetində Azərbaycanın böyük şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilən elmi simpozium keçirilir. “Təsəvvüf Araşdırmaları Beynəlxalq Simpoziumu” Azərbaycan Universiteti ilə birgə təşkil edilib.

Simpoziumun açılışında çıxış edən Azərbaycanın Türkiyədəki səfirliyinin birinci katibi Elçin Allahverdiyev belə tədbirlərin iki qardaş ölkə arasında elmi-mədəni münasibətlərin daha da inkişafına xidmət etdiyini vurğulayıb.

Azərbaycan Universitetinin təmsilçisi, professor Fərahim Sadıqov Nəsimi ilə bağlı təsəvvüf simpoziumunun təşkil edilməsini mühüm hadisə adlandırıb.

Hacı Bektaş Vəli Universitetinin rektoru, professor Mazhar Bağlı qonaqları salamlayaraq vurğulayıb ki, Nəsimi ilə bağlı simpoziumun Hacı Bektaş Vəli yurdunda keçirilməsinin mənəvi dəyəri var.

Sonra tədbir panel müzakirələri ilə davam etdirilib.

Simpozium sentyabrın 11-də başa çatacaq.

 

Mədəniyyət.- 2019.- 11 sentyabr.- S.3.