Dirijor Fuad İbrahimovKremerata Baltika 2019” festivalında

 

 

 

Sentyabrın 6-da Latviyanın Yurmala şəhərindəKremerata Baltika 2019” festivalının açılış mərasimi olub.

Tanınmış musiqiçi Gidon Kremerin rəhbərlik etdiyi mötəbər klassik musiqi festivalının qonaqları sırasında azərbaycanlı dirijor, Əməkdar artist Fuad İbrahimov da var. Festivalın konsertlərinə dirijorluq edən həmyerlimiz Latviya telekanallarına müsahibəsində Azərbaycan musiqisi haqqında da məlumat verib.

Qeyd edək ki, dirijor violin ifaçısı Gidon Kremer “Kremerata Baltikaorkestrinin eyniadlı festivalın yaradıcısıdır. Festival 1997-ci ildən keçirilir. Üç gün davam edən budəfəki festivala da tanınmış musiqiçilər qatılıb. FestivalınŞərq sərhədiadlanan ilk konserti rumın çex bəstəkarlarının yaradıcılığına həsr edilib. Sonrakı günlərdə isə İ.S.Bax latış bəstəkarların əsərləri səsləndirilib. Festivalın bağlanış günü M.Vaynberqin 100 illiyinə həsr olunmuş proqram təqdim olunub.

Bütün konsertlərə Fuad İbrahimov dirijorluq edib. Qeyd edək ki, bu ilin dekabr ayının 13-də azərbaycanlı dirijor həmçinin Latviya Milli Simfonik Orkestri ilə çıxış edəcək.

 

Mədəniyyət.- 2019.- 11 sentyabr.- S.5.