Günəş olaram
mən də...
Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında 21 avqust – 21 sentyabr “Beynəlxalq sülh aylığı” çərçivəsində “Günəş olaram mən də” adlı tədbir keçirilib.
Tədbirdə uşaqlara “Beynəlxalq sülh aylığı” haqqında məlumat verilib. Qeyd edilib ki, 21 sentyabr – Beynəlxalq Sülh Günüdür. Bu gün BMT tərəfindən 1981-ci ildə təsis edilib. Sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, amansız müharibələrin və hər cür zorakılığın dayandırılması arzusu bütün tarixi boyu bəşəriyyəti düşündürüb. Hazırda dünyanın bir çox ölkələrində müharibə və münaqişələr davam edir. Sülh mövzusu torpaqları işğal altında olan Azərbaycanın uşaqları üçün də böyük əhəmiyyət kəsb edir.
Tədbirdə uşaqlar Günəşin maketini düzəldiblər. Sonra isə hər bir uşaq öz arzu və istəyini bildirib: “Həmişə sülh içində yaşayaq”, “Səmamız aydın və təmiz olsun”, “Dünyanın bütün xalqları əmin-amanlıq şəraitində yaşasınlar”… Uşaqların arzu və istəkləri sosial şəbəkələrdə izləyicilər tərəfindən maraqla qarşılanıb.
Tədbir “nağıl otağı”nda “Günəşin
nağılı”nın izlənməsi ilə başa
çatıb.
Mədəniyyət.- 2019.- 11
sentyabr.- S.7.