“Açıq kitabxana”da növbəti təqdimat
Sentyabrın 7-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası nəzdində fəaliyyət göstərən “Açıq kitabxana”da Azərbaycan Yazıçılar Birliyinin üzvü, gənc yazar Ramil Əhmədin “İki şəhərin yazıları” kitabının təqdimatı olub. Kitabda müəllifin rəssamlıq, kino, roman və poeziya sənətinə dair esseləri toplanıb.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov çıxış edərək gənc yazarı təbrik edib, ona yaradıcılıq fəaliyyətində uğurlar arzulayıb.
Direktor “Açıq kitabxana”nın fəaliyyət göstərdiyi üç il ərzində gənclərin dostuna çevrildiyini, bu məkanda gənc yazarların tez-tez kitab təqdimatlarının keçirildiyini diqqətə çatdırıb.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Kənan Hacı, filologiya elmləri doktoru, professor Aqşin Babayev, Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin rəhbəri Səlim Babullaoğlu, şair Zahid Sarıtorpaq, ədəbiyyatşünas Ülvi Babasoy çıxış edərək gənc yazara yaradıcılıq axtarışlarında uğurlar arzulayıblar.
Sonda Ramil
Əhməd kitabın işıq üzü
görməsində əməyi keçən hər kəsə
təşəkkür edib. O, kitabı imzalayaraq tədbir
iştirakçılarına təqdim edib.
Mədəniyyət.- 2019.- 11
sentyabr.- S.7.