Real həyatdan kino ekranına

 

 

(II yazı)

Real həyat hadisələrindən bəhs edən filmlərlə bağlı ilk yazıda (qəzetimizin  28 avqust sayında) bu qəbildən olan xarici ekran əsərləri haqqında məlumat vermişdik. Budəfəki yazıda milli kinematoqrafiyanın məhsulu olan belə filmlərdən söz açacağıq.

İlk olaraq 1930-cu ildə çəkilmişLətiffilminə nəzər salaq. Ekran əsəri Azərbaycan kəndlərində gedən kolxoz quruculuğunu sosialist kəndinin həmin dövrdəki həyatını əks etdirir. Kəndlərin birində baş verən hadisələr zamanı yeddi yaşlı oğlanın (Lətif )qoçaqlığı filmin əsas süjet xəttini təşkil edir. Ekran işi Azərbaycan kinosu tarixində əsas qəhrəmanı uşaq olan ilk filmdir. Rejissor Mikayıl Mikayılovun (həm ssenari müəllifi) çəkdiyi filmdə rolları Lətif Səfərov (Lətif rolunda), Ələsgər Ələkbərov, Həqiqət Rzayeva, Mustafa Mərdanov başqaları canlandırıb.

Azərbaycanın ilk qadın təyyarəçisi Leyla Məmmədbəyovaya həsr olunanİsmətfilmi 1934-cü ildə yenə Mikayıl Mikayılov tərəfindən ekranlaşdırılıb. Kinoəsərin əsas süjet xəttini təyyarəçi qadının həyatı Əli Bayramov klubunun üzvü, qadınlar hərəkatının fəalı, 1933-cü ildə doğmaları tərəfindən qətlə yetirilmiş Səriyyə Xəlilovanın dramatik taleyi təşkil edir. Ssenari müəllifləri Mikayıl Mikayılov Qriqori Braginski olan filmdə əsas rolları Juka Mixelson, Xeyri Əmirzadə, Əzizə Məmmədova Möhsün Sənani oynayıb.

Onu da qeyd edək ki, “Lətifİsmətsəssiz filmlərdir. Hər iki ekran əsəri  Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikasında dövlət varidatı elan olunan filmlərin siyahısına daxil edilib.

Uzaq sahillərdə” (1958) filmi Azərbaycan xalqının cəsur oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin İkinci Dünya müharibəsi illərində İtaliya Yuqoslaviyada faşistlərə qarşı apardığı mübarizəyə həsr edilib. Rejissor Tofiq Tağızadənin filmində Mehdi Hüseynzadə (Mixaylo) rolunu Azərbaycanın Xalq artisti Nodar Şaşıqoğlu yaradıb. Ssenari müəllifləri İmran Qasımov Həsən Seyidbəyli olan filmdə digər rollarda Ələsgər Ələkbərov, Adil İsgəndərov kimi görkəmli aktyorlar çəkilib.

Azərbaycanfilmkinostudiyasında istehsal edilənAxırıncı aşırım” (1971, rejissor Kamil Rüstəmbəyov, ssenari müəllifi Fərman Kərimzadə) filmində hadisələr Azərbaycanın dağ kəndlərinin birində sovet hakimiyyəti qurulduğu ilk illərdə baş verir. Filmin əsas obrazları olan Abbasqulu bəy Şadlinski, Kərbəlayı İsmayıl Qəmlo real həyatda yaşamış insanlardır. Azərbaycan kinematoqrafiyasının ən uğurlu filmlərindən hesab olunan kinolentdə Həsən Məmmədov, Adil İsgəndərov, Məlik Dadaşov, Hamlet Xanızadə, Həsənağa Turabov Şahmar Ələkbərov kimi tanınmış aktyorlar çəkiliblər. 1972-ci ildə Tiflisdə V Ümumittifaq kino festivalında Adil İsgəndərov Həsən MəmmədovaƏn yaxşı kişi obrazı”na görə mükafat verilib.

Var olun, qızlar” (1972) filmi (ssenari müəllifləri Alla Axundova, Hüseyn Seyidzadə) 1958-ci ilin yayında Abşeron çimərliklərinin birində dənizdə batan uşaqları xilas edərkən özü həlak olan Bakı məktəblisi Tofiq Hüseynova ithaf edilib. Kinolent həlak olmuş gəncin məhz kimləri xilas etdiyi, xilas edilmiş qızların sonrakı taleyi barədə söhbət açır.

Filmin çəkilişləri zamanı yaddaşlardan silinməyəcək bir hadisə yaşanır. Belə ki, 1958-ci ildə dənizdə baş vermiş hadisə filmin çəkilişi zamanı yenidən təkrar olunacaqdı: şiddətli külək sahilə yaxın yerdə çimən balaca uşağı çəkib dənizin içərilərinə doğru aparır. Xoşbəxtlikdən Rüstəm rolunun ifaçısı Ömür Nağıyev yaxınlıqda imiş. O, suya tullanıb batan uşağı xilas edir.

Eldar Quliyevin rejissoru olduğu filmdə Rafael Dadaşov, Valentina Aslanova, Nurəngiz Gün, Həsənağa Turabov başqaları çəkilib.

1919-1920-ci illərdə Gəncə quberniyasında baş vermiş inqilabi kəndli hərəkatı onun başçısı, xalq arasındaQatır Məmmədadı ilə məşhur olan Məmməd Məmmədova həsr edilən film maraqlı kinolentlərimizdəndir. Qatır Məmməd” (1974) filmi Rasim Ocaqovun quruluşçu rejissor kimi böyük kinoda ilk işidir. Şair-dramaturq Zeynal Xəlilin eyniadlı pyesinin motivləri əsasında (ssenari müəllifləri Mixail Maklyarski, Kirill Rapoport) çəkilmiş filmdə əsas rolları Şahmar Ələkbərov, Rasim Balayev, Həsən Məmmədov başqaları canlandırıblar.

 

Nurəddin MƏMMƏDLİ

 

Mədəniyyət.- 2019.- 11 sentyabr.- S.7.