Xalq rəssamı Tahir Tahirov vəfat
edib
Azərbaycan mədəniyyətinə ağır
itki üz verib. Azərbaycan rəssamlıq
məktəbinin görkəmli
nümayəndəsi, Xalq
rəssamı, Azərbaycan
Respublikası Prezidentinin
fərdi təqaüdçüsü
Tahir Tahirov 2019-cu il sentyabr
ayının 12-də ömrünün
72-ci ilində vəfat
edib.
Tahir Tahirov 30 may 1948-ci ildə Bakı şəhərində
anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun
Rəssamlıq fakültəsini
bitirib.
Milli rəssamlığımızın
zəngin ənənələrini
öz uzunillik yaradıcılığında əks etdirən Tahir Tahirov təsviri
sənətimizin inkişafı
yolunda yorulmadan çalışan bənzərsiz
rəssam idi. Bir çox
teatr tamaşalarının
mahir quruluşçu
rəssamı kimi də böyük şöhrət qazanıb.
C.Verdinin “Traviata”, C.Rossininin “Sevilya bərbəri”, R.Leonkavallonun
“Payatsı”, F.Əmirovun
“Sevil” operaları, P.Çaykovskinin “Romeo və
Cülyetta”, Q.Qarayevin
“Don Kixot”, “Leyli və Məcnun”, T.Bakıxanovun “Xəzər
balladası” balet tamaşalarına, A.N.Ostrovskinin
“Müdriklər”, İ.Əfəndiyevin
“Büllur sarayda”, C.Cabbarlının “Od gəlini”, “Aydın”, S.Vurğunun “Fərhad və Şirin”, N.Həsənzadənin “Pompeyin
Qafqaza yürüşü”,
H.Orucovun “Bu dünyanın
adamları”, B.Vahabzadənin
“Cəzasız günah”,
Elçinin “Poçt
şöbəsində xəyal”,
H.Həsənovun “Brüsseldən
məktublar” və s. tamaşalara, habelə bir çox dövlət əhəmiyyətli
tədbirlərə, yubiley
mərasimlərinə uğurlu
səhnə tərtibatı
verib. Rəssamın məşhur opera və balet tamaşaları
üçün böyük
ustalıqla yaratdığı
səhnə geyimlərinin
eskizləri də Azərbaycan təsviri sənətinə şöhrət
qazandırıb və
bir sənətkar kimi doğma Vətəninə sonsuz məhəbbətin təzahürünə
çevrilib.
Tahir Tahirovun
yaradıcılığı Azərbaycan təsviri sənətinin qiymətli
nümunəsi kimi milli mədəniyyətimizin
təbliğinə xidmət
edib. Onun fəaliyyəti hər
zaman Azərbaycan dövlətinin diqqətində
olub. 2002-ci ildə Əməkdar rəssam, 2013-cü ildə
isə Xalq rəssamı fəxri adlarına layiq görülməsi bunun bariz nümunəsidir.
Tahir Tahirovun
əziz xatirəsi bütün sənətsevərlərin
qəlbində əbədi
yaşayacaq.
Allah rəhmət eləsin.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Mədəniyyət.- 2019.- 13
sentyabr.- S.6.