Üzeyir Hacıbəyli festivalının zəngin
proqramı var
18 sentyabr – Milli Musiqi Günündə dahi bəstəkar Üzeyir Hacıbəyliyə
həsr olunmuş növbəti beynəlxalq
musiqi festivalı başlanacaq. Heydər Əliyev Fondunun
və Mədəniyyət
Nazirliyinin təşkilatçılığı
ilə keçirilən
XI Üzeyir Hacıbəyli
Beynəlxalq Musiqi Festivalı sentyabrın
30-dək davam edəcək.
Festivalda Rusiya, Gürcüstan,
ABŞ, Türkiyə, İtaliya, Özbəkistan,
Belarus, Bolqarıstan və Ukraynadan
tanınmış musiqiçilər – Sergey
Roldugin, Xatia Buniatişvili, Alyona Bayeva, Miroslav
Kultışev, Sergey Doqadin,
Filipp Kopaçevski, Veliçka Yoçeva, Yevgeni Avramenko, Lorenzo Tazzieri, Dmitri Xoxlov, Aleksandr Hacıyev, Marqarita
Aleksandroviç, Murat
Səlim Tokac, Regina
Rüstəmova, Cəbrayıl İdrisov,
Giorgi Çelidze, Ümid İsrailov iştirak edəcəklər. Türkiyədən
Çukurova Dövlət Simfonik
Orkestri (Adana), Çin Xalq
Respublikasından “Silk Road”
Filarmonik Orkestri
festivalın qonağı olacaq. Həmçinin Azərbaycanın musiqi
kollektivləri, dirijor və
ifaçılar – Rauf Abdullayev,
Ülviyyə Hacıbəyova, Yeganə Axundova,
Fəxrəddin Kərimov, Murad
Adıgözəlzadə, Murad Hüseynov, Əyyub Quliyev,
Mustafa Mehmandarov və
başqalarının iştirakı ilə konsert
proqramları – ümumilikdə festival
müddətində 40-a yaxın tədbirin keçirilməsi
nəzərdə tutulub.
Mədəniyyət.- 2019.- 13
sentyabr.- S.2.