“Mədəniyyət naminə elm”
Sentyabrın 11-də C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin “Mədəniyyət naminə elm” layihəsi çərçivəsində növbəti elmi seminar keçirilib.
Seminar “Məhv olan
abidələr – unudulmayan
tarix” mövzusuna həsr olunub.
Mərkəzin elmi katibi Cavid
Əliyev giriş sözündə mövzunun
aktuallığından, qarşıya
qoyulan məqsədlərdən
bəhs edib.
Çıxış edənlər xalqımızın
milli-mənəvi sərvətinin,
mədəni irsinin qorunması və təbliği ilə bağlı fikirlərini bölüşüblər.
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin
direktoru Asif Usubəliyev bildirib ki, əgər mədəni irslə məşğul olan mütəxəssislər yerli
sakinlərlə müvafiq
iş aparsalar, ölkəmizdə abidələrin
qorunması və onların təbliği gələcək nəsil
üçün bir örnək olar.
Mərkəzin əməkdaşlarından Hikmət
Nəbili, Samirə Cəlilova “Mədəniyyətin
qanuni aspektləri”, Elnur Hacıbabayev “Lahıc misgərlik sənəti” adlı məruzələrini təqdim
ediblər.
Tədbir çərçivəsində Mədəniyyət
və İncəsənət Universitetinin
Rəssamlıq fakültəsi tələbələrinin əl
işlərindən ibarət sərgi də təşkil olunub.
Mədəniyyət.- 2019.- 13
sentyabr.- S.3.