Sabahda “Zəng” çalınacaq...

   

 

 

Xalq artisti, tanınmış aktyor, teatr xadimi, Türkiyənin Adana şəhərində Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir NovruzovSabah ” Yaradıcılıq Birliyinin istehsalı olan ikihissəli, tammetrajlı “Zəng” bədii filminin çəkilişlərində iştirak etmək üçün Bakıya gəlib.

Sentyabrın 11-dən əsərin baş qəhrəmanı Ataxan obrazını ifa edən Cahangir Novruzovun iştirakı ilə olan səhnələrin çəkilişinə start verilib.

“Zəng” bədii filminin ssenari müəllifi və quruluşçu rejissoruSabah” Yaradıcılıq Birliyinin rəhbəri Şərif Qurbanəliyevdir. Hüseynbala Mirələmov və Dilsuz Mustafanın hekayələrinin motivləri əsasında çəkilən filmin quruluşçu operatoru Eldar Məmmədov, rəssamı Rafael Əlizadə, bəstəkarı Firudin Allahverdidir.

Xalq artistləri Afaq Bəşirqızı, Səidə Quliyeva, Məbud Məhərrəmov, Əməkdar artist Qurban Məsimov, aktyorlar Ramin Şıxəliyev, Səbinə Məmmədova, Arif Kərimov və başqaları filmdə rol alıblar.

Zəng”in prodüseri Xalq artisti Ramiz Həsənoğludur.

 

L.AZƏRİ

 

Mədəniyyət.- 2019.- 13 sentyabr.- S.4.