Vaqif Sultanlının romanı Böyük Britaniyada nəşr olunub
Yazıçı Vaqif Sultanlının “Səhra savaşı”
(“Struggle in the desert”) romanı Böyük Britaniyada nəşr olunub.
Londonun “Rossendale
books” nəşriyyatında yayımlanan kitabı ingilis dilinə Cavid Abbaslı çevirib. Roman yazıçı-tərcüməçi
Vinsent Valşın redaktəsi ilə nəşr edilib.
Şərti-metafîrik üslubda
qələmə alınmış
rîmanda təsvir
olunan hadisələr zamanın çatlaması
ilə gələcəkdən
imtina edərək keçmişə üz tutan qəhrəmanın taleyi fonunda aşkarlanır. Hadisələrin bu müstəvidə
çözümü müəllifə
insan, zaman və dünya haqqında fəlsəfi düşüncələrini əks
etdirməyə imkan verir.
“Səhra savaşı”
çağdaş dünyaya
hakim olan özgələşmə,
yaddaşsızlaşma, biganələşmə,
gərəksizləşmə kimi mənəvi və humanitar deformasiya probleminə etiraz ruhu ilə
diqqəti çəkir. Süjeti fəlsəfi-mifoloji
düşüncədən qaynaqlanan romanın bədii üslubu mürəkkəb təhkiyə
hörüyü ilə
müşayiət olunan
hadisə və epizodlarla şərtlənir.
“Səhra savaşı” romanı Türkiyə
və Rusiyada da nəşrə
hazırlanır.
Mədəniyyət.- 2019.- 13
sentyabr.- S.7.