Özbəkistan portalı “Arşın mal alan”
haqqında
Özbəkistanın nargis.uz portalında
rus dilində “Arşın mal alan:
müsəlman Şərqində
birinci operettanın tarixi” sərlövhəli
məqalə verilib.
Materialda qeyd edilir ki,
böyük Azərbaycan
bəstəkarı Üzeyir
Hacıbəyli bu əsəri 1913-cü ildə
yazıb.
2013-cü
ildə müsəlman
Şərqinin ilk operettası
olan “Arşın mal alan” əsərinin
100 illiyi UNESCO səviyyəsində
qeyd olunub.
Yazıda əsərin mövzusu haqqında da danışılır, bildirilir
ki, operettada Azərbaycan xalq mahnılarının motivlərindən
də geniş istifadə edilib.
Qeyd edilir ki, 1913-cü il oktyabrın
25-də Bakıda əsərin
uğurlu təqdimatından
sonra tamaşa Qafqaz ölkələri, Rusiya, sonra isə
bütün dünyanın
səhnələrinə ayaq
açır.
1915-ci ildə Tiflisdə
tamaşa ilə bağlı maraqlı rekord qeydə alınıb. Əsər bir gündə
altı səhnədə
altı dildə - Azərbaycan, gürcü,
rus, aysor, ivrit və erməni
dillərində tamaşaya
qoyulub.
Məqalədə Amerika ermənilərinin
“Arşın mal alan” əsərini özününküləşdirmək cəhdi, operetta əsasında
film çəkmələrindən də söhbət açılır.
Yazıda xüsusi olaraq qeyd edilir
ki, 1945-ci ildə Bakıda “Arşın mal alan” filmi
çəkilir və dünyanın 80 dilinə dublyaj olunur, 150-dən
artıq ölkədə göstərilir.
Mədəniyyət.- 2019.- 13
sentyabr.- S.8.