Dahi bəstəkarın doğum günündə növbəti musiqi bayramı başlanır
18 sentyabr – Milli Musiqi Günündə dahi bəstəkar Üzeyir Hacıbəyliyə həsr olunmuş növbəti beynəlxalq musiqi festivalı başlanır. Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı sentyabrın 30-dək davam edəcək.
Festivalda Rusiya,
Gürcüstan, ABŞ, Türkiyə, İtaliya, Özbəkistan, Belarus,
Bolqarıstan və Ukraynadan
tanınmış musiqiçilər iştirak
edəcəklər. Türkiyədən Çukurova
Dövlət Simfonik Orkestri
(Adana), Çin Xalq Respublikasından “Silk Road” Filarmonik Orkestri festivalın qonağı olacaq. Həmçinin Azərbaycanın musiqi kollektivləri, dirijor
və ifaçılarının iştirakı ilə konsert proqramları – ümumilikdə festival müddətində 40-a yaxın tədbirin
keçirilməsi nəzərdə tutulub.
Mədəniyyət.- 2019.- 18
sentyabr.- S.1.