Əzim Əzimzadənin ev-muzeyində Üzeyir Hacıbəylinin xatirəsi anılıb

 

 

 

Xalq rəssamı Əzim Əzimzadənin ev-muzeyində Cəfər Cabbarlı və Məmməd Səid Ordubadinin ev-muzeylərinin, habelə Zığ qəsəbə Mədəniyyət evinin dəstəyi ilə dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 134-cü ildönümü və 18 sentyabrMilli Musiqi Günü münasibətilə tədbir keçirilib.

Muzeyin direktoru İradə Əzimzadə böyük bəstəkarın həyat və yaradıcılığından bəhs edib. Qeyd edib ki, Əzim Əzimzadə və Üzeyir Hacıbəylinin arasında möhkəm dostluq və yaradıcılıq bağları olub. Onların hər ikisi Azərbaycan mədəniyyətinin inkişafına böyük töhfə verərək öz adlarını xalqımızın tarixinə qızıl hərflərlə yazdırıblar.

Tədbir konsert proqramı ilə davam edib.

 

Mədəniyyət.- 2019.- 18 sentyabr.- S.2.