Qusar teatrı mövsümə “Sönmüş talelər” ilə başlayıb

 

 

Qusar Dövlət Ləzgi Dram Teatrı yeni mövsümə “Sönmüş talelər” tamaşası ilə başlayıb. Tamaşa sentyabrın 17-də Qusar Mədəniyyət Sarayında nümayiş etdirilib.

Yazıçı Rafiq Rəhimlinin əsəri əsasında hazırlanan tamaşada bəşəriyyəti məhvə sürükləyən narkotiklərin törətdiyi fəsadlar bir ailənin faciəsi fonunda öz əksini tapır.

Səhnə əsərlərinin quruluşçu rejissoru Əməkdar mədəniyyət işçisi Laləzar Hüseynova, quruluşçu rəssamı Marina Mahmudova, musiqi tərtibatçısı Şaiq Qardaşovdur.

Teatrın bədii rəhbəri Faiq Qardaşov bildirib ki, kollektiv bu mövsümdə tamaşaçılara dörd yeni səhnə əsəri təqdim edəcək. Tamaşalar Qusarla yanaşı, bölgənin digər rayonlarında da səyyar şəkildə nümayiş olunacaq.

 

Mədəniyyət.- 2019.- 18 sentyabr.- S.2.