Muğam dünyasına səyahət”

 

 

Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə reallaşanMuğam dünyasına səyahət” layihəsi çərçivəsində növbəti konsert sentyabrın 13-də Suraxanı rayonu Q.Abbasov adına Mədəniyyət sarayında keçirilib.

Sənət axşamında gənc xanəndələr Elgiz Əliyev, Almaxanım Əhmədli, Könül Xəlilzadə, Nisbət Sədrayeva və Əməkdar artist Elnur ZeynalovMahur”, “Şur” muğamları, xalq mahnıları, təsniflər təqdim ediblər. Onların ifaları tamaşaçılar tərəfindən gur alqışlarla qarşılanıb.

Qeyd edək ki, iyul ayından başlanan layihə ilin sonunadək davam edəcək.

 

Mədəniyyət.- 2019.- 18 sentyabr.- S.3.