“Sizləri xatırlayarkən...”
Səməd Vurğunun ev-muzeyi və Vaqif Səmədoğlu mərkəzinin təşəbbüsü ilə “Qrammofon” ədəbi layihəsi çərçivəsində sentyabrın 14-də “Sizləri xatırlayarkən...” adlı musiqili poeziya gecəsi keçirilib.
Kamran M. Yunisin və Xəzər Süleymanlının təqdimatında gerçəkləşən tədbiri muzeyin direktoru Nüşabə Babayeva-Vəkilova açıb.
Aparıcılar Səməd Vurğunun şeirlərini söyləyiblər.
Böyük şairin nəticəsi, gənc istedad Vurğun Vəkilov royalda Q.Qarayev və F.Şopenin əsərlərini ifa edib.
Filoloq Məti Osmanoğlu, ədəbiyyatşünas İntiqam Qasımzadə, bəstəkar Elnarə
Dadaşova, musiqişünas
Zümrüd Dadaşzadə və rəssam
Qafar Sarıvəlli Səməd Vurğunun ailəsi ilə bağlı ürək
sözlərini bölüşüblər. Xalq
artisti Ülviyyə Hacıbəyovanın
royalda ifası gecəyə xüsusi rəng qatıb.
Mədəniyyət.- 2019.- 18
sentyabr.- S.4.