Qəbələdə rəngkarlıq simpoziumu
Qəbələ şəhərində Azərbaycanın tanınmış rəssamlarının iştirakı ilə “Art Zone Week” adlı rəngkarlıq simpoziumu keçirilib.
6-13 sentyabr tarixində gerçəkləşən sosial yönlü layihənin əsas məqsədi rəssamların gözü ilə Qəbələni respublikamızın əsrarəngiz bölgəsi kimi təqdim etmək, rayonun rəssamlıq sahəsinə marağı və həvəsi olan uşaq və gənclərinə ustad dərsləri keçməkdir.
Simpoziumda iştirak edən əməkdar rəssamlar Müseyib Əmirov, Elyar Əlmirzəyev, Yelena Haqverdiyeva və Vüqar Məmmədov sentyabrın 12-də Qəbələ rayon Mədəniyyət Mərkəzinin foyesində gənc həvəskar rəssamlarla görüş keçiriblər. Tədbiri giriş sözü ilə İsmayıllı Regional Mədəniyyət İdarəsinin əməkdaşı Nargilə Qafarova açıb.
Çıxışlardan sonra
tədbir iştirakçıları sərgiyə
baxış keçirib. Sonda
rəssamlar Qəbələ Dövlət Rəsm
Qalereyasında ustad dərsləri
keçiblər.
Mədəniyyət.- 2019.- 18
sentyabr.- S.5.