İstedad sərhəd tanımır”

 

 

 

Şirvan Dövlət Rəsm Qalereyası əlilliyi olan şəxslərin yaradıcılığının dəstəklənməsi məqsədilə yeniyetmə şəhər sakini, nitq qüsurlu əlil Nərmin Əhədovanın fərdi sərgisini təşkil edib.

Sərgidə müəllifin 20-dən artıq əl işi nümayiş olunub. Sulu boyaquaşla kağız üzərində çəkilmiş qeyri-real obrazların təsvirləri iştirakçıların daha çox diqqətini cəlb edib.

Sərginin açılışında çıxış edənlər Nərmin Əhədovanı təbrik edərək ona yeni yaradıcılıq uğurları arzulayıblar.

Gənc rəssama Şirvan Dövlət Rəsm Qalereyası tərəfindən fəxri fərman təqdim olunub.

 

Mədəniyyət.- 2019.- 18 sentyabr.- S.5.