“Əbədi ezamiyyət” beynəlxalq sərgidə nümayiş olunub

   

 

 

Pekində 16-cı Çin Beynəlxalq FilmTeleviziya Proqramları sərgisi keçirilib. Dünyanın ən böyük media təsisatlarından olanChina Media Group” və Çin Beynəlxalq Televiziya Korporasiyasının təşkilatçılığı ilə keçirilən sərgi müxtəlif ölkələrin media qurumları arasında əməkdaşlığın qurulmasına və genişlənməsinə dəstək vermək, habelə media və filmlər vasitəsilə ölkələrin turizm potensialının tanıdılması məqsədi daşıyıb.

Milli pavilyonların təqdim olunduğu sərgidəki Azərbaycan guşəsində ölkəmizə aid müxtəlif jurnallar, broşürlər, bukletlər nümayiş olunub və ziyarətçilərə paylanılıb.

Azərbaycanın Pekindəki səfirliyinin hazırladığı pavilyonda, həmçinin ölkəmizdə turizmin inkişafından bəhs edən videoçarxlar da nümayiş olunub.

Sərgi çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi və Arzu Əliyevanın baş prodüserliyi ilə Bakı Media Mərkəzi tərəfindən çəkilmiş “Əbədi ezamiyyət” sənədli filmi təqdim olunub. Film Azərbaycan Xalq Cümhuriyyətinin 1919-cu ilin yanvarında parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam etdiyi nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edir.

Qeyd edək ki, dünyanın 50-dən çox ölkəsindən 80 minə yaxın ekran işinin təqdim olunduğu sərgidə televiziyafilm sənayesində tətbiq olunan ən son texnoloji yeniliklər, o cümlədən 5-ci nəsil mobil rabitə şəbəkəsi, süni zəka, virtual reallıq və 4K çəkiliş texnologiyası nümayiş olunub.

 

Mədəniyyət.- 2019.- 20 sentyabr.- S.7.