Təbrizdə Şəhriyarın xatirəsi anılıb

 

 

 

Sentyabrın 18-də böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın (1906-1988) vəfatının 31-ci ildönümü tamam olub. Şəhriyarın vəfat etdiyi gün İrandaMilli şeir günükimi qeyd olunur.

Bu münasibətlə Təbrizdə dahi şairin anım mərasimi keçirilib. Şəhriyarın yaradıcılığını sevənlər onun muzeyə çevrilmiş evinə toplaşıblar. Şəhriyar fars və Azərbaycan dillərində yazdığı şeirləri ilə insanlara vətənpərvərlik duyğuları aşılayıb, milli ruhun oyanışında böyük xidmətlər göstərib.

M.Şəhriyarı XX əsr Azərbaycan poeziyasının nəhəngləri sırasına ucaldan, ilk növbədə, onun ölməz “Heydərbabaya salam” poeması olub. Şair bu əsəri ilə Azərbaycan türkünün milli həyatını bütün cəhətləri ilə göstərməyə müvəffəq olub. Sadə dildə yazılan poema hələ əlyazma şəklində yayılaraq şöhrət tapıb. Nə qədər ki, Azərbaycan xalqının qəlbi döyünür, Şəhriyarın bu poeması nəsildən-nəslə ötürüləcək və yaddaşlarda qalacaq.

 

Mədəniyyət.- 2019.- 20 sentyabr.- S.6.