Metroda Üzeyir
Hacıbəylinin musiqiləri səslənib
Bakı Metropolitenində 18 sentyabr
– Üzeyir musiqi günü qeyd edilib. Qurumun mətbuat xidmətindən
verilən xəbərə
görə, artıq beşinci ildir ki, bu əlamətdar
gün Bakı Metropolitenində xüsusi
layihələrlə qeyd
edilir.
Sentyabrın 18-də səhər saat 11-dən başlayaraq günorta saatlarına qədər metronun “İçərişəhər”, “Sahil”, “28 May” və “Elmlər Akademiyası” stansiyaları növbə
ilə sərnişinləri
canlı musiqi sədaları altında qarşılayıblar.
Metropolitenin sosial layihələrindən
biri olan bu tədbirin proqramına milli
və klassik musiqi
nümunələri və xüsusən də Üzeyir
Hacıbəylinin əsərlərindən parçalar
daxil edilib. Peşəkar
ifaçılar sərnişinlərdə günün
ruhuna uyğun ovqat yaradıblar.
Mədəniyyət.- 2019.- 20
sentyabr.- S.6.