Dilin izdivac, ixrac və idxal
imkanları
Azərbaycan dilində hər kəlməni, sözü
sevmək, onun mənasını və mənalarını duymaq,
hətta mövcud olma tarixinə baş vurmaq kəlmələrə, sözlərə
olan sevgidir. Kəlmələrə, sözlərə olan sevgi bütövlükdə
doğma ana dilinə – Azərbaycan dilinə olan sevgidir.
Bu fikirlər Dövlət Dil Komissiyasının üzvü, filologiya üzrə elmlər doktoru, professor Buludxan Xəlilovun “Adiloğlu” nəşriyyatında yeni
çapdan çıxmış
“Dilin möcüzəli
imkanları” kitabında
yer alıb.
Kitabda dilin tükənməyən bir
möcüzə olduğu
öz təsdiqini və təzahürünü
tapır, dil quruculuğu prosesinin diqqəti cəlb edən tərəfləri
təhlil olunur. Nəşrdə, həmçinin Azərbaycan
dilinin izdivac, ixrac və idxal
imkanları təbii bir prosesin nəticəsi
kimi dil faktları əsasında araşdırılır, dilin
praktik və mövcud imkanları xüsusi olaraq tədqiqat obyektinə çevrilir.
Kitabın elmi redaktoru filologiya üzrə
elmlər doktoru, professor
İsmayıl Məmmədli, rəyçiləri isə filologiya üzrə elmlər doktoru,
professor Mahirə Hüseynova,
filologiya üzrə elmlər doktoru Sərdar Zeynal və
filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyevdir.
Mədəniyyət.- 2019.- 20
sentyabr.- S.6.