Kiyevdə media forumu keçirilib

 

 

 

 

Ukrayna paytaxtında “Media həftəsi” adlı beynəlxalq forum keçirilib. 16-18 sentyabr tarixində gerçəkləşən “Kiyev media həftəsi”ndə Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnarə Quliyeva iştirak edib.

2011-ci ildən etibarən təşkil olunan forum media sahəsində marketinq sənayesinin formalaşdırılmasında iştirak edir. Forum çərçivəsində Avstriyanın ORF şirkətinin media üzrə səlahiyyətli nümayəndəsi Aleksandra Hopf, Bolqarıstanın CEETV kanalının vitse-prezidenti Stanislav Kimcev, BBC-nin (Böyük Britaniya) media formatı üzrə distributoru Kamila Budzilo ilə görüşlər keçirilib. Beynəlxalq media qurumları ilə birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Mədəniyyət.- 2019.- 20 sentyabr.- S.2.