Ölkəmiz MDB Mədəni Əməkdaşlıq
Şurasının iclasında təmsil olunub
18-19 sentyabr tarixində Tacikistanın paytaxtı Düşənbədə MDB Ölkələri Mədəni Əməkdaşlıq Şurasının 34-cü iclası keçirilib.
İclasda Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Fikrət Babayev və nazirliyin Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun məsləhətçisi Araz Bağırlı iştirak ediblər.
34-cü iclasa Belarus Respublikası
sədrlik edir. İclası açan Belarus Mədəniyyət
nazirinin birinci müavini Natalya Karçevskaya
qonaqları salamlayaraq
gündəlik haqqında
məlumat verib.
Sonra ev sahibi
ölkənin – Tacikistanın
Mədəniyyət naziri
Şəmsəddin Orumbekzadə
iştirakçıları ölkəsinin hökuməti
adından salamlayıb.
Gündəlik üzrə məsələlərin
müzakirəsində Azərbaycan
Mədəniyyət Nazirliyi
Aparatının rəhbəri
Fikrət Babayev, digər ölkələrin
nümayəndə heyətlərinin
başçıları çıxış
ediblər.
İclasda 2021-2025-ci illər üçün
MDB ölkələrinin mədəniyyət
sahəsində əsas
əməkdaşlıq tədbirlərinin
layihələri nəzərdən
keçirilib. Tarixi-mədəni irsin qorunması
və istifadəsi, muzey işi, kitabxana sahəsi, teatr-konsert fəaliyyəti,
təsviri sənət,
kitab nəşri, informasiya fəaliyyəti,
musiqi və kino sahəsində qarşılıqlı əməkdaşlıq
məsələləri müzakirə
edilib.
İclasda “Birliyin mədəniyyət
paytaxtları” dövlətlərarası
proqramının icrası
ilə bağlı məsələyə də
baxılıb. Belarus Mədəniyyət
nazirinin birinci müavini N.Karçevskaya
proqramın bu il Brestdə
həyata keçirilməsi
barədə məlumat
verib. Qazaxıstan Mədəniyyət və
İdman nazirinin müavini Nurkisa Daueşov gələn il “Birliyin
mədəniyyət paytaxtı”
olacaq Şımkənd
şəhərində proqrama
hazırlığın gedişi
barədə məruzə
edib.
Şura üzvləri həmçinin
Böyük Vətən müharibəsində
qələbənin 75 illiyinə həsr olunmuş
tədbirlərdə iştirak, Qələbə
muzeyində “Qələbə ərazisi” layihəsi ətrafında
da müzakirələr aparıblar.
Mədəniyyət.- 2019.- 20
sentyabr.- S.2.