Azərbaycanlı yazar
Moskvada müsabiqəyə qatılıb
Yazıçı-dramaturq Ülviyyə Heydərovanın “Uşaqlıq” monopyesi Moskvada keçirilən “XXI əsr – ilk hadisə” müasir dramaturgiya müsabiqəsinin “Tənha artist” nominasiyanın uzun siyahısına daxil edilib. Bu barədə müəllif özü məlumat verib.
Ü.Heydərova bu pyeslə
2018-ci ildə Almaniyanın Potsdam şəhərində
Höte İnstitutu tərəfindən
keçirilən “Next Stage
Europe 2018” gənc dramaturqların
festivalında ölkəmizi təmsil edib.
Əsər festivalın yekun toplusunda yer alıb.
Mədəniyyət.- 2019.- 20
sentyabr.- S.8.