Fəvvarələr meydanında konsert
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının kollektivi Milli Musiqi Günü münasibətilə Fəvvarələr meydanında konsert proqramı ilə çıxış edib.
Mədəniyyət Nazirliyinin dəstəyi və Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən konsertdə teatrın balet, xor truppaları, orkestr və aktyor heyəti şəhər sakinlərinin zövqünü oxşayan musiqi nömrələri təqdim edib.
Əməkdar incəsənət
xadimi Fəxrəddin Atayevin
dirijorluğu ilə keçən konsertdə
Akademik Musiqili
Teatrın repertuarında olan əsərlərdən
parçalar, həmçinin Üzeyir Hacıbəylinin ölməz əsərləri,
eləcə də dünya klassiklərinin,
müasir bəstəkarların musiqiləri
səsləndirilib.
Mədəniyyət.- 2019.- 20
sentyabr.- S.3.