“Qız qalası. Qadın olmaq

 

Müasir incəsənət festivalı çərçivəsində sərgi açılıb

 

Xəbər verdiyimiz kimi, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi üzv ölkələrin səfirlikləri və yerli tərəfdaşlarla birlikdə 17-27 sentyabr tarixində Bakıda və ölkənin regionlarında “Qız qalası. Qadın olmaq” adlı müasir incəsənət festivalı keçirir.

Festival çərçivəsində sentyabrın 18-də paytaxtdakı Müasir İncəsənət Muzeyində müxtəlif ölkələrdən rəssamların iştirakı ilə sərgi açılıb.

Muzeyin direktoru Xəyyam Abdinov çıxış edərək diqqətə çatdırıb ki, bu il Müasir İncəsənət

Muzeyinin 10 yaşı tamam olur. Ötən dövrə nəzər salan direktor muzeyin fəaliyyətini daim dəstəklədiyinə görə Birinci vitse-prezident Mehriban Əliyevaya və Heydər Əliyev Fonduna minnətdarlığını bildirib.

“Qız qalası. Qadın olmaq” festivalı barədə danışan X.Abdinov qadının cəmiyyətdə rolunun ictimaiyyətə çatdırılmasında və gender bərabərliyinin bərqərar olmasında belə tədbirlərin əhəmiyyətini vurğulayıb.

Layihənin kuratoru, Əməkdar rəssam Səbinə Şıxlinskaya bildirib ki, festivalda Avstriya, Niderland, Almaniya, Macarıstan və digər Avropa ölkələrindən sənət adamları, rəssamlar iştirak edirlər.

Sonra “Qız qalası. Qadın olmaq” sərgisinin açılışı olub. Qeyd edək ki, Avropa İttifaqının nümayəndəliyi tərəfindən maliyyələşdirilən bu festivalİmagine Avro Tolerantlıq” və “Fantaziya” Mədəni irs festivalından sonra Avropa dəyərlərinin və prinsiplərinin təbliği üzrə üçüncü böyük tədbirdir.

 

Mədəniyyət.- 2019.- 20 sentyabr.- S.8.