Bakı Musiqi Akademiyasında
bayram mərasimi
Sentyabrın 18-də Milli Musiqi Gününün
əsas təntənəli
tədbiri Bakı Musiqi Akademiyasının qarşısında – Üzeyir
bəyin heykəli önündə keçirildi.
Mərasimdə çıxış edən Mədəniyyət
naziri Əbülfəs
Qarayev bildirdi ki, hər il olduğu kimi, bu il
də dahi bəstəkarın doğum
günü ölkəmizdə
geniş şəkildə
qeyd olunur: “Biz fəxr edirik ki, Azərbaycan musiqisi böyük beynəlxalq festivallarda təmsil olunur, yüksək səviyyədə
qarşılanır. Mən inanıram
ki, Azərbaycan xalqı yenə də dünyaya böyük sənətkarlar
bəxş edəcək”.
Əbülfəs Qarayev Üzeyir
Hacıbəylinin adı
ilə bağlı olan ənənəvi musiqi festivalının bütün musiqisevərlərə
gözəl bir hədiyyə olacağını
vurğuladı: “Festival çərçivəsində
bir sıra mədəniyyət müəssisələrində
silsilə tədbirlər
keçiriləcək, eyni
zamanda dünyanın müxtəlif ölkələrindən
gələn musiqiçilər
dahi bəstəkarın
yaratdığı zəngin
musiqi irsi ilə daha yaxından
tanış olacaqlar”.
Əbülfəs Qarayev bir daha
Üzeyir bəyin adı ilə bağlı olan əlamətdar gün münasibətilə musiqi
ictimaiyyətini təbrik
etdi, hər kəsə yeni yaradıcılıq uğurları
arzuladı.
Bakı
Musiqi Akademiyasının
rektoru, Xalq artisti Fərhad Bədəlbəyli 2021-ci ildə
təhsil ocağının
100 illiyinin qeyd ediləcəyini dedi: “Azərbaycan peşəkar
musiqisi, bu ocaq Üzeyir bəyin adı ilə bağlıdır.
Bunu unutmamalıyıq. Mən gənclərə
müraciət edirəm.
Mədəniyyətimizi təbliğ etməkdə
fəallıq göstərsinlər,
internetdə bizim mədəniyyətimizi yaysınlar”.
Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Azərbaycan
Milli Konservatoriyasının
rektoru, Xalq artisti Siyavuş Kərimi əlamətdar gün barədə danışaraq Üzeyir Hacıbəylinin Azərbaycan
musiqisinə, mədəniyyətinə
verdiyi töhfələri
qeyd etdilər.
Tədbirdə Müdafiə Nazirliyinin Nümunəvi hərbi orkestrinin və Azərbaycan Dövlət Xor Kapellasının ifasında musiqi nümunələri təqdim
olundu.
FARİZ
Mədəniyyət.- 2019.- 20
sentyabr.- S.3.