VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında 23 ölkə təmsil olunacaq

 

 

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 27-29 sentyabr tarixində Bakı İdman Sarayında (Neftçilər prospekti 26A, Xalça Muzeyinin yanı) VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək.

Sərgi-yarmarkada böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunub.

Sərgidə 81 yerli və 22 ölkədən 40 xarici nəşriyyat, poliqrafiya müəssisəsi, kitab evləri və s. qurumlar öz nəşrlərini təqdim edəcək və kitablarının satışını həyata keçirəcəklər. Eyni zamanda, sərgi çərçivəsində tanınmış şair və yazıçıların, elm adamlarının iştirakı ilə çoxsaylı kitab təqdimatları, imza günləri və s. tədbirlər keçiriləcək.

Ziyarətçilər üçün sərgiyə giriş sərbəst olacaq.

 

Mədəniyyət.- 2019.- 25 sentyabr.- S.1.