Elmin İnkişafı Fonduna yeni icraçı direktor təyin edilib

 

 

 

Dövlət başçısının 20 sentyabrda imzaladığı digər sərəncamla Mehriban Natiq qızı İmanova Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilib.

Mehriban İmanova 1977-ci ildə anadan olub. Riyaziyyat üzrə fəlsəfə doktorudur. Bu təyinatadək Bakı Dövlət Universiteti Mexanika-riyaziyyat fakültəsinin Hesablama riyaziyyatı kafedrasının dosenti vəzifəsində çalışıb.

 

Mədəniyyət.- 2019.- 25 sentyabr.- S.2.