Berlində Nəsiminin 650 illiyi münasibətilə konsert

 

 

Sentyabrın 23-də İmadəddin Nəsiminin 650 illiyi UNESCO üzrə Azərbaycan Milli Komissiyasının 25 illiyi münasibətilə Berlin şəhərində konsert keçirilib.

Konserti giriş sözü ilə Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov açaraq böyük şair İmadəddin Nəsiminin həyat yaradıcılığından bəhs edib, 2019-cu ilin ölkəmizdəNəsimi ilielan olunduğunu deyib. Bildirilib ki, bu il həmçinin UNESCO üzrə Azərbaycan Milli Komissiyasının yaradılmasının 25 illiyi qeyd edilir.

Səfir tamaşaçılara “Qarabağmuğam qrupu haqqında məlumat verib, muğamın Azərbaycan musiqi mədəniyyətində əhəmiyyətli yer tutduğunu vurğulayıb.

Muğam qrupunun adını daşıdığı Qarabağın – Azərbaycanın tarixi torpaqlarının Ermənistan tərəfindən işğal olunduğu diqqətə çatdırılıb.

Sonra Xalq artisti Mənsum İbrahimovun rəhbərliyi ilə “Qarabağmuğam qrupunun Nəsiminin qəzəllərindən ibarət konsert proqramı təqdim olunub. Konsertdə xanəndələr Mənsum İbrahimov və Sədəf Budaqovanı Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança) və Kamran Kərimov (nağara) müşayiət ediblər.

Tədbirdə Almaniyanın ictimai, mədəni dairələrinin, diplomatik korpusun və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində Azərbaycan mədəniyyətinə və incəsənətinə dair əyani materiallar nümayiş olunub və iştirakçılara paylanılıb.

 

 

Mədəniyyət.- 2019.- 25 sentyabr.- S.1-2.