Ölkəmizdə Rusiya filmləri həftəsi

 

 

Sentyabrın 23-də Nizami Kino Mərkəzində “Azərbaycanda Rusiya filmləri həftəsi”nin açılış mərasimi keçirildi. Tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Rusiya Mədəniyyət Nazirliyi, Rusiyanın “KinofestProdüser Mərkəzi və “YARAT” Müasir İncəsənət Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşir.

Mərasimdə çıxış edən C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev Bakıda Rusiya filmləri həftəsinin bu il 5-ci dəfə keçirildiyini söylədi. Qeyd etdi ki, layihə iki ölkənin mədəni həyatında mühüm hadisədir və xalqlarımız arasında dostluq münasibətlərinin parlaq nümunəsidir: “Ənənəvi olaraq payız fəslinin romantik ab-havasında təqdim edilən rus filmləri tamaşaçılara xoş əhval bəxş edir. Azərbaycan tamaşaçısı hər dəfə Rusiya kinematoqraflarının əsərlərini izləyərək bu ölkənin kino sənayesindəki inkişaf və yeniliklərlə tanış olur”.

Cəmil Quliyev bildirdi ki, ən mürəkkəb zamanlarda belə Rusiya kinosu çətinlikləri aşmağı bacarıb və bu gün dünyaya bir-birindən maraqlı kino nümunələri bəxş etməkdədir. Bakıda təqdim ediləcək filmlərə baxan tamaşaçılar da buna əmin olacaqlar.

Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov çıxışı zamanı Azərbaycan tamaşaçılarının Rusiya filmlərinə olan böyük marağından söz açdı: “Ötən ilRusiya filmləri həftəsini açmaq mənə nəsib olmuşdu. Hər dəfə Azərbaycan tamaşaçılarının Rusiya filmlərinə olan marağının şahidi oluram. Hazırda Rusiyada hər həftə azı iki yeni film ekranlara çıxır. Mən çox arzulayıram ki, Azərbaycan tamaşaçısı da bu filmləri görsün. Bu dəfə nümayiş olunacaq filmlər Rusiya kinematoqraflarının ən son yaradıcılıq məhsulları - 2018 və 2019-cu illərdə istehsal olunmuş filmlərdir. İnanıram ki, filmləri bəyənəcəksiniz”.

KinofestProdüser Mərkəzinin direktoru Sergey Bragin isə layihənin ildən-ilə genişləndiyini bildirdi: “Biz bu dəfə on bədii filmlə Azərbaycan tamaşaçısının görüşünə gəlmişik. Bu dəfə macəra, komediya, dram, müharibə, melodrams. janrlarda müasir rus kinosunun nümunələri tamaşaçılara təqdim olunacaq. Əminəm ki, Rusiya filmləri həftəsi ölkələrimiz arasında mədəni əlaqələrin güclənməsinə öz töhfəsini verəcək. Yaxın zamanlarda Rusiyada Azərbaycan filmləri həftəsinin şahidi olmaq imkanı qazanacağıq”.

Daha sonra kino bayramında iştirak etmək üçün ölkəmizdə səfərdə olan rusiyalı rejissor və prodüserlər ürək sözlərini bölüşdülər. “Tanklarfilminin rejissoru Kim Drujin, “Damdabacafilminin ssenari müəllifi və aktyoru Dmitri Bedarev, “Van Qoqlarfilminin rejissoru Sergey Livnev, “Əziz atafilminin prodüseri Georgi Malkov ölkəmizdə səmimi qarşılandıqları üçün təşəkkürlərini bildirdilər. Azərbaycan tamaşaçılarına son illərin ən gözəl film nümunələrinin təqdim ediləcəyi vurğulandı.

Daha sonra Anar AbbasovunDöyüşfilmi nümayiş olundu. Bir xoreoqrafın həyatından bəhs edən filmdə böyük karyeraya sahib olan rəqqasın komandası bütün müsabiqə tədbirlərdə qalibiyyət qazanır. Onun həyatı gələcəyi bu sənətlə bağlıdır. Bir gün bədbəxt hadisə nəticəsində eşitmə qabiliyyətini itirirsə , sənətinə sonsuz sevgisi yenidən səhnəyə dönməsinə şərait yaradır. Filmin rejissoru ssenari müəllifi həmyerlimiz, Rusiya Dövlət Kinematoqrafiya İnstitutunun məzunu, bir çox beynəlxalq kinofestivalların qalibi Anar Abbasovdur.

Gənc rejissor fikirlərini bizimlə bölüşərək Rusiya filmləri həftəsində müəllifi olduğu ekran əsərinin nümayişinə görə fəxr etdiyini bildirdi: “Rusiyada təhsil alana qədər Bakıda məşhur “Crazy” rəqs qrupunda çıxış edirdim. Bu qrup təkcə Azərbaycanda deyil, eləcə Rusiya, Ukrayna, Türkiyə digər ölkələrdə populyar idi. Bu gün təqdim ediləcəkDöyüşfilminin bəstəkarı vaxtilə həmin qrupa rəhbərlik edən Elman Rəhimovdur. Film Rusiyada böyük maraqla qarşılanmışdı. Rusiyada kino sənayesinə daxil olub uğur qazanmaq çətindir. Bu, böyük peşəkarlıq dəstək tələb edir. Biz çox çalışırıq ki, uğur qazanaq. Məsələn, elə bu gün təqdim olunanDöyüşfilmi bu il lentə alınsa da, Moskvada VIII “Biz yaşayacağıq  kinofestivalında Qran pri qazanıb”.

Qarşıdakı planlarından söz açan rejissor Azərbaycan haqqında həm bədii, həm sənədli filmlər çəkmək istədiyini bildirdi: “Bu filmləri müxtəlif ölkələrdə nümayiş etdirmək ən böyük arzularımdandır. Məsələn, çox sevilənQurbanadlı filmim Azərbaycan xalqının adət-ənənələrindən bəhs edir bu film çoxsaylı beynəlxalq mükafatlara layiq görülüb.

“Van Qoqlarfilminin rejissoru Sergey Livnev müsahibəsi zamanı diqqətə çatdırdı ki, sonuncu dəfə Bakıya gəlişi 90-cı illərin ortalarına təsadüf edir: “Bu təklif Bakıya gəliş ürəyimcə oldu. Şəhəri yenidən gəzdim, köhnə xatirələri yada saldım. Əlbəttə ki, şəhər çox dəyişib, xatirələrsə əbədidir. Film həftəsində nümayiş olunacaq kinolentimin çəkilişləri Latviya İsraildə aparılıb. Filmdə rusiyalı aktyorlar rol alıb. Bu film həyatımda böyük önəm kəsb edir. Çünki 20 illik fasilədən sonra yenidən rejissorluğa qayıtdım. İnanıram ki, tamaşaçılar da filmi bəyənəcəklər”.

Qeyd edək ki, Rusiya filmləri həftəsi sentyabrın 29-dək davam edəcək. Ayın 24-də Nizami Kino Mərkəzində Kim DrujininTanklar”, 25-də Dmitri BedarevinDamdabacafilmləri nümayiş olunub.

Sentyabrın 26-da (saat 20.00) Mixail RasxodnikovunƏziz ata”, ayın 27-də (14.00) Yelena XazanovanınMəşuqələr”, 29-da (20.00) Anna ParmasınGəl boşanaqbədii filmləri s. təqdim ediləcək.

Həmçinin “YARAT” Müasir İncəsənət Mərkəzində sentyabrın 24-də “Van Qoqlarfilmi nümayiş olunub. Ayın 27-də buradaAnnanın müharibəsi”, 28-də “Aleksandr Xristoforovanın əbədi həyatıfilmləri təqdim ediləcək. Seanslar saat 19.00-da başlayır, giriş sərbəstdir.

 

L.AZƏRİ

 

Mədəniyyət.- 2019.- 25 sentyabr.- S.1-2.