FilippdənPolonez … “Per Günt

 

 

XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı paytaxt sakinlərini Bakının qonaqlarını klassik musiqi ifaçıları ilə görüşdürməkdə davam edir.

Belə görüşlərdən biri sentyabrın 20-də Beynəlxalq Muğam Mərkəzində baş tutdu. Həmin axşam məşhur rusiyalı pianoçu, beynəlxalq müsabiqələr laureatı Filipp Kopaçevskinin iştirakı ilə konsert proqramı təqdim olundu.

İndiyədək səkkiz nüfuzlu beynəlxalq sənət yarışmasından qalib ayrılmış gənc pianoçu bu konsertdə dünya fortepiano musiqisinin şedevrlərini ifa etdi.

Frederik Şopen, İohan Brams Edvard Qriqin seçilmiş pyes valslarının, noktürn, ballada süitanın mükəmməl səslənişi ifaçının öz seçdiyi əsərlərə münasibətinin ifadəsi ilə fərqləndi.

Konsert F.Şopenin ilk notlarından hər kəsin tanıdığıPolonez  lya bemol major” əsəri ilə başladı. İnsanı ömrünün ilk çağlarına aparanLayla”dan sonra isə Azərbaycan sənətsevərlərin  təsəvvüründəTəhminəfilmi ilə assosiasiya olunan noktürnlər çalındı.

Lakin nakam məhəbbət əhvalatının təəssüratı tam yenilənməmiş F.Kopaçevski  İ.Bramsın fortepiano üçün solo əsərlərinə keçid aldı. Daha çox major (şən, şux)  ladlarda bəstələnmiş əsərlərin içindəMacar rəqsiruhumuzu yenidən baş verəcək əhvalatların xoşbəxt sonluqlara köklədi.

Filipp Kopaçevskinin Bakı konsertində ifa etdiyi sonuncu əsər isə adı Norveç musiqisinin rəmzinə çevrilmiş Edvard Qriqin “Per Güntsüitası oldu. Bu əsərin maraqlı yaranma tarixçəsi var. 1876-cı il fevralın 24-də Henrik İbsenin eyniadlı pyesinin ilk tamaşasına bəstəkarın yazdığı musiqi çox uğurlu alındı dramaturq ilə bəstəkarın dünya şöhrətinin təməlini qoydu. Bir Norveç kəndindən xoşbəxtlik axtarışına çıxan sadə kəndli balası Per Güntün başına gələnlərdən uydurduğu əhvalatlardan bəhs edən pyes öz musiqisi ilə birlikdə bəyənildi. Musiqi tamaşaçıların ürəyinə o qədər yatdı ki, müəllif sonralar həmin musiqi parçalarının təkcə dramatik teatrda deyil, həm konsertlərdə səslənməsindən ötrü onları orkestr üçün iki süita olaraq işlədi.

Rusiyalı ifaçı da birinci “Per Güntsüitasının solo fortepiano işləməsini böyük ustalıqla, bəstəkarın mənzərə-pyes kimi təqdim edilən əsərlərini simfonik orkestrin çoxsəsli ifası kimi çatdırdığı dərəcədə səsləndirdi. Kopaçevskinin ifasını dinlədikcə düşünürdün ki, gerçəkdən ən nüfuzlu müsabiqələrdən laureat çıxmaq üçün böyük istedadla yanaşı, mütləq əsər seçimində ifaçı cəsarətin olmalıdır.

 

GÜLCAHAN

 

Mədəniyyət.- 2019.- 25 sentyabr.- S.3.