Cahangir Novruzova “Xalq artisti” fəxri
adı təqdim olunub
Məlum
olduğu kimi, Prezident İlham Əliyevin sərəncamı
ilə tanınmış
aktyor və rejissor, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru
Cahangir Novruzov “Xalq artisti” fəxri
adına layiq görülüb.
Sentyabrın 23-də Mədəniyyət naziri Əbülfəs Qarayev fəxri adın nişan və vəsiqəsini Cahangir
Novruzova təqdim edib.
Nazir bildirib ki, Azərbaycan mədəniyyətinə böyük
töhfələr vermiş
məşhur nəslin
nümayəndəsi olan
aktyor öz soyunun sənət yolunu layiqincə davam etdirir. Cahangir Novruzov
teatr sənətimizin
zəngin ənənələrini
Türkiyədə – Adana Çukurova
Universiteti Dövlət
Konservatoriyasında təbliğ
edir və artıq həmin təhsil ocağında öz məktəbini formalaşdırıb.
Əbülfəs Qarayev dövlət başçısının sərəncamı
ilə yüksək fəxri ada layiq görülməsi münasibətilə sənətkarı
təbrik edib, ona yeni uğurlar
arzulayıb.
Yaradıcılığına verilən
yüksək qiymətə görə dövlət
başçısına minnətdarlığını bildirən
Cahangir Novruzov bundan sonra da
mədəniyyətimizin inkişafı və təbliği
istiqamətində çalışacağını vurğulayıb.
Mədəniyyət.- 2019.- 25
sentyabr.- S.3.