Neftçilərin Üzeyir
Hacıbəyli festivalına musiqi töhfəsi
Sentyabrın 20-də Azərbaycanda Neftçilər Günü və “Əsrin müqaviləsi”nin 25-ci ildönümü qeyd olundu.
1994-cü il sentyabrın 20-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və dünyanın aparıcı neft kompaniyaları arasında Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi haqqında beynəlxalq müqavilənin imzalanması ilə ölkəmizin müstəqil neft strategiyasının əsası qoyulub. Ulu öndər Heydər Əliyevin banisi olduğu bu strategiya XXI əsr Azərbaycanının, yeni dövlət quruculuğunun möhkəm iqtisadi, geosiyasi sütunu oldu. Bu, o dövr üçün dünyanın ən böyük neft müqaviləsi idi və miqyasına, strateji mahiyyətinə uyğun olaraq “Əsrin müqaviləsi” adı ilə tarixə həkk edildi.
Bu münasibətlə sentyabrın 20-də Heydər Əliyev Mərkəzində möhtəşəm konsert proqramı təqdim edilib. Ölkəmizdə davam edən XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı ilə bir vaxta təsadüf edən konsert proqramı, eyni zamanda neftçilərin bu musiqi bayramına töhfəsi olub.
Konsertdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı orkestrinin (dirijor Əyyub Quliyev) müşayiəti ilə Azərbaycan, Türkiyə və Gürcüstanın üç tanınmış tenoru çıxış edib. Gecədə üç ölkənin görkəmli bəstəkarlarının əsərləri səsləndirilib.
Konsert Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra ilə başlayıb. Daha sonra “Koroğlu” operasından Koroğlunun ariyası (solist Samir Cəfərov), gürcü bəstəkarı Zaxar Paliaşvilinin “Daisi” operasından Malxazın ariyası (solist Georgi Davitadze), türk bəstəkarı Ali Rza bəy Kaptanzadənin “Efem” türküsü (solist Levent Gündüz) səsləndirilib.
Proqramda, həmçinin Polad Bülbüloğlunun “Eşq
və ölüm” baletindən “Cəngi”,
Tofiq Quliyevin “Sənə
də qalmaz” (solistlər Samir
Cəfərov və Levent Gündüz)
mahnısı, Üzeyir Hacıbəylinin
“Arşın mal alan”
operettasından Əsgərin ariyası (Samir
Cəfərov, Georgi Davitadze),
italyan mahnılarından ibarət popurri (üç tenorun ifasında), Cakomo Puççininin “Turandot”
operasından Kalafın ariyası (üç
tenor), “Qranada” və “Xalq Heydər söyləyəcək” (hər ikisi üç tenorun ifasında) mahnıları təqdim olunub.
Mədəniyyət.- 2019.- 25
sentyabr.- S.5.